Azərbaycan idmançısı Maks Leleu: "Almatıda qazanılan nəticəni inkişaf bünövrəsi kimi istifadə edəcəyik"
Azərbaycanın Sofiya Beznosikova - Maks Leleu buz üstündə rəqs cütlüyünün Qazaxıstanın Almatı şəhərində keçirilən beynəlxalq turnirdə qazandığı nəticə yaxşı inkişaf bünövrəsidir.
Bunu "Far.Az"a açıqlamasında buz üstündə rəqs idmançısı Maks Leleu deyib.
O, yarışla bağlı təəssüratlarını bölüşüb:
"Almatıdakı turnir normal keçdi. Əlbəttə, müəyyən səhvlər oldu, lakin hələ mövsümün başlanğıcıdır. Ümumilikdə nəticələrimizdən şadıq və bu yarışı cari mövsümdə inkişafımız və keyfiyyəti artırmaq üçün bünövrə kimi istifadə edəcəyik. Bununla belə, anlayırıq ki, sərbəst rəqsi maksimum dərəcədə təqdim etmək üçün elementlərin keyfiyyətli icrası üzərində işləmək lazımdır. Turnirdən əvvəl hər bir elementə çox ciddi hazırlaşırıq. Ən vacib element deyə bir şey yoxdur. Əlbəttə ki, bir qədər daha çox diqqət tələb edən elementlər var, lakin ümumilikdə proqramın əvvəlindən sonunadək yalnız texniki elementlərə deyil, həm də artistizmə diqqət yetirərək dəqiqliklə çalışmalıyıq.
Buz üstündə rəqs konki texnikasından tutmuş proqramın daxilindəki ilhama və cütlüyün artistizminə qədər hər şeydə incəsənətdir. Hazırda buz üstündə rəqsin inkişaf meyli üstünlük təşkil edir və biz bunu anlayırıq. Bizi daha yaxşı edəcək bütün istiqamətlərdə özümüzü inkişaf etdirmək istəyirik".
İdmançı turnirin xüsusi əhəmiyyətini vurğulayıb:
"Bu turnir Denis Tenin xatirəsinə həsr olunub, həmçinin Qala şou təşkil edilib. Ona görə də yarış maraqlı və zəngin keçdi. Əlbəttə ki, bizi birləşdirən bu idman növünə – fiqurlu konkisürməyə olan sevgidir".
Maks Leleu gələcək planlarından da danışıb:
"Məqsəd hər zaman və hər yerdə inkişaf etməkdir. Beynəlxalq arenada hər iki rəqsi – ritm və sərbəst rəqsi nümayiş etdirə bildik və nəticələrimizə sevinirik. Növbəti yarışlarda məqsədimiz mövsümün ən yaxşı göstəricisini yaxşılaşdırmaq, mümkün qədər dəqiq və əmin hazırlaşmaqdır. Yaxın iki gün ərzində isə bərpa olunmaq, daha sonra məşqçimizlə və Azərbaycan Qış İdman Növləri Federasiyasının dəstəyi ilə Bakıdakı Heydər Əliyev adına İdman-Konsert Kompleksinin möhtəşəm buz arenasında yenidən məşqlərə yenidən başlamaq istəyirik".
Qeyd edək ki, oktyabrın 7-dən 11-dək Almatıda keçirilən beynəlxalq yarışda Azərbaycanın Sofiya Beznosikova - Maks Leleu buz üstündə rəqs cütlüyü ritm və sərbəst rəqs üzrə çıxışların yekununda 146,34 xal toplayaraq 5 cütlük arasında 3-cü yeri tutub və bürünc medal qazanıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
-
Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
-
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
-
Marta Kos: Albaniya islahat tempini qorusa, 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - YENİLƏNİB-6













