Qusarda vəhşi heyvanlar 3 nəfərə xəsarət yetirib
Far.Az xəbər saytı

Qusarda vəhşi heyvanlar 3 nəfərə xəsarət yetirib


Qusar rayonunun İmamqulukənd kəndində vəhşi heyvanların sakinlərə hücum edib.

BAKU.WS xəbər verir ki, çaqqalların hücumu nəticəsində 3 nəfər xəsarət alıb.

TƏBİB-dən APA-ya bildirilib ki, oktyabrın 10-da 2 nəfər (bir qadın, bir kişi), oktyabrın 12-də isə 1 nəfər (qadın) çaqqal dişləməsi səbəbilə Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Xəstəxanada pasiyentlərə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Onlara dərhal zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin tətbiq olunub.

Vəziyyətləri stabil qiymətləndirilən hər üç pasiyent ambulator müalicə üçün artıq evə buraxılıb.

Məlumata görə, kənd sakinləri son günlər vəhşi heyvanların yaşayış məntəqəsinə tez-tez daxil olmasından narahatdırlar.

Oxşar xəbərlər

Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Qusarda "Media Kuboku-2026" minifutbol turnirinin qalibi müəyyənləşdi
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər