Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza
Far.Az xəbər saytı

Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza


Külli miqdarda rüşvət almaqda təqsirləndirilən, İsmayəllı rayon Diyallı kənd bələdiyyəsinin sabiq sədri Cahangir Surxayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə C.Surxayev 8 il 1 ay azadlıqdan məhrum edilib.

İttihamla görə, İsmayıllı rayon Diyallı bələdiyyəsinin sədri Cahangir Surxayev tələb etdiyi rüşvət məbləğinin bir qismini vətəndaşdan alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.

İstintaqla Cahangir Məhyəddin oğlu Surxayevin vəzifə səlahiyyətlərini aşaraq icarə müqaviləsi və digər növ saxta sənədlərin tərtib edilməsi yolu ilə rəhbərlik etdiyi qurumun mülkiyyətində olan torpaq sahəsinin arıçılıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə icarəyə verilməsi müqabilində ona müraciət etmiş vətəndaşdan külli miqdarda pul vəsaitini rüşvət qismində hissə-hissə almasına əsaslı şübhələr müəyyən edilib.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Leyla Əliyeva və Arzu Əliyeva arıçılıq məhsullarının sərgi-satış yarmarkasını ziyarət ediblər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər