Luis Suares "Sportinq"in UEFA Çempionlar Liqasındakı rekordçusu olub
Portuqaliyanın "Sportinq" klubunun kolumbiyalı hücumçusu Luis Suares UEFA Çempionlar Liqasının hazırkı formatında komanda tarixinin ən yaxşı bombardiri olub.
"Far.Az" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı forvard buna liqa mərhələsinin II turunda Fransanın "Lans" klubunu 2:0 hesabı ilə məğlub etdikləri səfər matçında fərqlənməklə nail olub.
Səfər görüşünün 22-ci dəqiqəsində hesabı açan L.Suares Çempionlar Liqasında "Sportinq"in heyətində 7-ci qolunu vurub. O, bununla da daha əvvəl hesabında 6 qol olan Liedson, Fransişku Trinkan və Viktor Dyekereşi geridə qoyaraq siyahıda birinci pilləyə yüksəlib.
L.Suares 2025-ci ilin yayında İspaniyanın "Almeriya" klubundan "Sportinq"ə keçib. Ötən mövsüm Çempionlar Liqasında 5 qol vuran futbolçu Portuqaliya çempionatında 28 dəfə fərqlənərək turnirin ən yaxşı bombardiri olub.
O, ümumilikdə 2025/2026 mövsümündə komandanın heyətində keçirdiyi 53 matçda 38 qola imza atıb.
Oxşar xəbərlər
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib
-
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
-
Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər













