Bakıda Azərbaycan Pencak Silat İcmasının açılışı olub
Far.Az xəbər saytı

Bakıda Azərbaycan Pencak Silat İcmasının açılışı olub


Bakıda Azərbaycan Pencak Silat İcmasının (Azerbaijan Pencak Silat Community, APSC) açılışı olub.

"Report" xəbər verir ki, mərasimdə İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi iştirak edib.

Tədbir çərçivəsində müvafiq sənəd imzalanıb və İndoneziya səfirliyi APSC-ni Azərbaycanda İndoneziyanın ənənəvi döyüş sənəti olan pencak silat sahəsində fəaliyyəti təşkil etmək və əlaqələndirmək səlahiyyətinə malik yeganə təşkilat kimi rəsmən tanıyıb.

Bu addımın müvafiq dövlət orqanlarının dəstəyi ilə ölkədə bu idman növünün inkişafına və onun hüquqi statusunun möhkəmləndirilməsinə töhfə verəcəyi gözlənilir.

"Pencak silat dünyada geniş yayılıb və bir çox ölkələrdə yarışlarda təmsil olunur. Azərbaycan icması dekabrın 5-12-də Daşkənddə keçiriləcək pencak silat üzrə XXI dünya çempionatında iştirak etmək üçün idmançılar hazırlayacaq", - Berlian Helmi bildirib.

APSC Prezidenti Məqami Bayramov İndoneziya səfirliyinə icmanı tanıdığına görə təşəkkürünü bildirib. Onun sözlərinə görə, bu, Azərbaycanda pencak silatın populyarlaşmasına və inkişafına əlavə təkan verəcək.

Pencak silat - UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilmiş ənənəvi İndoneziya döyüş sənətidir. Onun Azərbaycanda inkişafına həm də iki ölkə arasında mədəni və humanitar əlaqələrin möhkəmləndirilməsi imkanı kimi baxılır.

Oxşar xəbərlər

Bakıda Zəfər muzeyinin açılışı olub
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər