Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək
Türkiyə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində gənclərin, xüsusilə texnologiya, iqtisadiyyat və idman sahələrində əməkdaşlığının inkişafına xüsusi əhəmiyyət verir.
"Report"un Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, partiyanın türk dövlətləri ilə əlaqələr üzrə rəhbər şəxsi Kürşad Zorlu bildirib.
O qeyd edib ki, TDT gənclərinin ikinci görüşünün gələn il türk dünyasının mədəniyyət paytaxtı seçilən Kayseridə keçirilməsi planlaşdırılır.
Görüşdə müxtəlif türk dövlətlərindən minlərlə tələbə və gəncin iştirakı gözlənilir.
K. Zorlu türk dövlətləri arasında idman əməkdaşlığının genişləndirilməsinin də vacibliyini vurğulayaraq futbolçuların klublarda legioner deyil, türk futbolçusu statusunda çıxış etməsi istiqamətində iş aparıldığını bildirib.
O həmçinin türk dövlətlərində 15-24 yaş arası gənclərin sayının 27 milyon nəfər olduğunu diqqətə çatdırıb:
"Gənclərin məşğulluq imkanlarının artırılması və ortaq insan resurslarının inkişafı məqsədilə "Kariyerim Türk" layihəsinə başlanılır".
Sədr müavini texnologiya və süni intellekt sahəsində əməkdaşlığın da türk dünyasının ümumi inkişafına töhfə verəcəyini qeyd edib.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda xəstəxanada müalicə alan 11 uşaq dərmandan zəhərləndi
-
Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olundu
-
Şəkidə avtoqəza olub, sürücü ölüb
-
AAYDA: Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
-
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
-
Azərbaycan Basketbol Liqası: "Naxçıvan" "Sumqayıt"ı məğlub edib













