DƏMX-də İctimai Şura üzvləri ilə əməyin mühafizəsinə dair görüş keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində İctimai Şuranın üzvləri ilə "Əmək münasibətlərində əməyin mühafizəsi və "Vision Zero" yanaşmasının tətbiqi" mövzusuna həsr olunmuş görüş keçirilib.
BAKU.WS xəbər verir ki, görüşdə Xidmət rəisi Vəli Quliyev ictimai iştirakçılığın və dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, əmək hüquqlarının təmin olunması və əmək qanunvericiliyinin tətbiqi sahəsində İctimai Şuranın rolunu qeyd edərək, əməyin mühafizəsi sahəsində görülən işlər, rəqəmsallaşma istiqamətində yeniliklər və qarşıda duran hədəflər barədə məlumat verib.
Bildirilib ki, ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmənin yaradılması, özünənəzarət və risklərin qiymətləndirilməsi modullarının istifadəyə verilməsi nəzərdə tutulur. "Vision Zero" yanaşmasının əsas prinsipinin bədbəxt hadisələrin qarşısının alınması olduğu vurğulanıb.
Görüşdə, həmçinin əmək münasibətlərinin rəqəmsallaşdırılması, əmək qanunvericiliyində nəzərdə tutulan yeniliklər, distant iş mexanizmi, peşə xəstəlikləri və əmək münasibətləri ilə bağlı digər aktual məsələlər ətrafında müzakirələr aparılıb.
İctimai Şuranın sədri Elşad Məmmədov və digər üzvlərin fikir və təklifləri dinlənilib, gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Qalereya
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
-
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
-
Bakıda III Milli Rəqabət Forumu keçirilir
-
Hindistanın XİN rəhbəri Azərbaycana gəlib
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - YENİLƏNİB-6













