Ağcabədidə Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
Ağcabədi Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Aqrar Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə Ağcabədi rayonunda növbəti Aqrar Biznes Festivalı və mövsümün ilk Toxum Sərgi-Satış Yarmarkası keçirilib.
Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, tədbirin əsas məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermer və sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi, aqrar sahədə tətbiq olunan yeniliklər və müasir texnologiyalar barədə fermerlərin məlumatlandırılması, innovativ avadanlıqlara çıxış imkanlarının artırılması, eləcə də yüksək məhsuldarlığa malik, sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxumların fermerlər üçün əlçatanlığının təmin edilməsi olub.
Aqrar Biznes Festivalında müxtəlif stendlərdə kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqlar, gübrə və pestisidlər, həmçinin nazirliyin tabeliyində fəaliyyət göstərən qurumların göstərdiyi aqrar xidmətlərə dair məlumatlar təqdim olunub. Festivalda 10-dan çox arıçı müxtəlif növ bal və digər arıçılıq məhsullarını sərgiləyib. Həmçinin Arıçılar Assosiasiyası, Kənd Qadınları Assosiasiyası və Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının qadın qrupları hazırladıqları məhsullarla iştirak ediblər.
Sərgi çərçivəsində mövsümün ilk Toxum Sərgi-Satış Yarmarkası da keçirilib. Yarmarkanın əsas məqsədi fermerlərin yüksək məhsuldarlığa malik, sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxumlara çıxışının təmin edilməsi, yerli toxum istehsalçılarının məhsullarının geniş auditoriyaya təqdim olunması və toxumçuluq sahəsində dövlət-özəl tərəfdaşlığının gücləndirilməsidir.
Yarmarkada Ağcabədi rayonu və ətraf rayonlardan olan 20-dən artıq toxumçu öz toxumlarını sərgiləmək və nümayiş etdirmək imkanı əldə edib. Eyni zamanda, sərgidə ayrı-ayrı rayonların ixtisaslaşmasına uyğun yerli və xarici toxum nümunələri də təqdim olunub. Fermerlər toxumların məhsuldarlıq göstəriciləri, rayonlaşdırılması, istifadə xüsusiyyətləri və əldə olunma imkanları barədə məlumat alıblar.
Oxşar xəbərlər
Ağalı və Məmmədbəyli kəndlərində Novruz festivalı və sərgi-satış yarmarkası keçirilib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
Cəbrayılda "Qurban Yarmarkası – Bərəkət Festivalı" keçirildi
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Ağcabədidə mövsümün ilk Toxum Sərgi-Satış Yarmarkası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xətaidə yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır
-
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb
-
Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? - AÇIQLAMA
-
Şirvan suvarma kanalının yenidən qurulması üzrə işçi qrupunun növbəti iclası keçirilib
-
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq
-
Bakının Yasamal rayonunun bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə olacaq













