Sabirabadda narın məhsuldarlığı əhəmiyyətli dərəcədə azalıb
Far.Az xəbər saytı

Sabirabadda narın məhsuldarlığı əhəmiyyətli dərəcədə azalıb


Sabirabadda yaz aylarında yağan yağışlar və yüksək rütubət narın məhsuldarlığa mənfi təsir göstərib.

"Far.Az"un Aran bürosunun məlumatına görə, rayonun Qasımbəyli və Əsgərbəyli kəndlərində nar yığımı davam edir.

20 ildən çoxdur narçılıqla məşğul olan fermer Nahid Soltanzadənin təsərrüfatında, əsasən, Öküzburun, Gülöyşə və Vələs sortları yetişdirilir. İri meyvələri ilə seçilən Öküzburun narının çəkisi bir kiloqrama qədər çatır.

Fermerlərin sözlərinə görə, yaz aylarında yağan yağışlar, yüksək rütubət və xəstəliklərin yayılması məhsuldarlığın aşağı düşməsinə səbəb olub. Əvvəlki illərdə bir ağacdan 50 kiloqramadək nar götürmək mümkün olduğu halda, bu il məhsul 20 kiloqrama qədər azalıb. Yağıntılı hava şəraiti ağacların normal tozlanmasına da mane olub.

İstehsalçıları narın satış qiyməti və ixrac imkanlarının məhdudlaşması da narahat edir. Fermerlər bildirirlər ki, əvvəlki illərdə məhsulun bir hissəsini Kanada bazarına belə göndərsələr də, bu il həmin bazara ixrac edə bilməyiblər. Nəticədə məhsulun, əsasən, daxili bazarda satılması istehsal xərclərini qarşılamağı çətinləşdirir.

Sabirabad Rayon Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzindən bildirilib ki, məhsuldarlığın azalmasında əlverişsiz hava şəraitinin təsiri var. Qurum fermerlərə aqrotexniki qulluq qaydalarına əməl etməyi, xəstəlik və zərərvericilərə qarşı vaxtında mübarizə aparmağı tövsiyə edib.

Qeyd edək ki, rayonda 1872 hektar nar bağı var, bunun 1400 hektarı barverəndir.

Oxşar xəbərlər

Ağalı və Məmmədbəyli kəndlərində Novruz festivalı və sərgi-satış yarmarkası keçirilib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Fərhad Qaraşov: "Bu il nar istehsalı 5-7 % arta bilər"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər