İran cari ilin qarşıdakı dövründə benzin idxal etməyəcək
Far.Az xəbər saytı

İran cari ilin qarşıdakı dövründə benzin idxal etməyəcək


İran 2026-cı ilin qarşıdakı dövründə xaricdən benzin idxal etməyəcək.

"Report" İRNA-ya istinadən xəbər verir ki, bunu İranın birinci vitse-prezodenti Məhəmmədrza Arif ölkədəki elmi-siyasi, sosial, iqtisadi və beynəlxalq vəziyyətə habelə, sosial kapitalın gücləndirilməsi və əhalinin rifah vasitələrinin təmin edilməsi ilə bağlı problemlərin həlli strategiyasına həsr olunan toplantıda deyib.

Məlumata görə, görüşə qatılanlar əhalinin idarəetmədə, xüsusən onların dolanışığı ilə birbaşa bağlı olan qərarların qəbulunda iştirakı vasitəsilə sosial kapitalın artırılmasının vacibliyini vurğulayıblar.

M.Arif bildirib ki, xüsusilə iqtisadiyyat və ümumi rifahla bağlı mühüm qərarların qəbulunda dövlət aparatı daxilində qarşılıqlı anlaşmanın formalaşdırlması və əhalinin də bu prosesə cəlb edilməsi vacibdir.

O, ölkədə yanacağın mövcud qiymətinə toxunaraq bildirib ki, İranın spesifik şəraiti nəzərə alınaraq benzinin qiymətinə bir rial belə əlavə edilməməlidir: "Bu siyasətin həyata keçirilməsi nəticəsində biz bu il benzin idxal etməyəcəyik, qənaət edilən vəsaitlər isə subsidiyaların ödənilməsinə və zəruri malların alınmasına yönəldiləcək".

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər