FHN rəsmisi: Minatəmizləmə qrupları müasir təcili tibbi yardım avtomobilləri ilə təmin edilib
Far.Az xəbər saytı

FHN rəsmisi: Minatəmizləmə qrupları müasir təcili tibbi yardım avtomobilləri ilə təmin edilib


Azad olunmuş ərazilərdə fəaliyyət göstərən FHN-in minatəmizləmə qrupları müasir təcili tibbi yardım avtomobilləri ilə təmin edilib.

Bunu "Far.Az"un Ağdama ezam olunan əməkdaşına açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidməti Tibb Mərkəzinin əməkdaşı, tibb xidməti mayoru Nizami İsmayılov deyib.

O, minatəmizləmə fəaliyyətinə cəlb olunan əməkdaşların mütləq zəruri tibbi müayinədən keçdiklərini vurğulayıb:

"Onların sağlıq və psixoloji durumları diqqətlə yoxlanılır. Yalnız müsbət rəy verildikdən sonra əməkdaşlar minatəmizləmə ərazisinə daxil olurlar. Bundan əlavə, şəxsi heyətin hər bir üzvünə ilkin tibbi yardımın göstərilməsi barədə də müvafiq təlimatlar verilir. Nəticədə onlar zəruri tibbi yardımın yerinə yetirilməsi və ilkin olaraq hansı qaydalara əməl etmələri barədə məlumat əldə edirlər. O baxımdan, hər hansı arzuedilməz hal baş verərsə, əməkdaşlar özlərinə ilkin yardım göstərmək imkanında olurlar. Həmçinin minatəmizləmə qrupları geniş funksiyalara malik müasir təcili tibbi yardım avtomobilləri ilə təmin edilib".

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər