Kürdəmirdə AĞIR QƏZA: Ölən və yaralanan var
Far.Az xəbər saytı

Kürdəmirdə AĞIR QƏZA: Ölən və yaralanan var


Bu gün saat 05:00 radələrində, Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən 207-ci kilometrində Mahmud Əliyevin idarə etdiyi "İsuzu" markalı, avtokran tipli avtomobil yol kənarında dayanan Uğurlu Pənəliyevin idarə etdiyi "Mercedes" markalı yük avtomobili ilə toqquşub.

Far.Az xəbər verir ki, qəza nəticəsində Mahmud Əliyevin sərnişini, İmişli şəhər sakini 1980-ci il təvəllüdlü Taleh Cabbarlı hadisə yerində həyatını itirib. Əraziyə YPX Alayının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

İlkin məlumata görə hadisənin baş verməsinə səbəb M.Əliyevin sükan arxasında yuxulaması nəticəsində avtomobilin idarəetmədən çıxması göstərilir.

Baş Dövlət Yol Polisi İdarəsi oxşar səbəbdən ağır yol-nəqliyyat hadisələrinin təkrarlanmasından ciddi narahatlığını ifadə edir və sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına biganə yanaşmamağa çağırır.

***08:48

Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Far.Az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü İmişli rayon sakini Mahmud Əliyevin sükanı arasında olduğu "Isuzu" markalı yük maşını yol kənarında dayanmış "Mercedes" markalı yük maşınına çırpılıb.

Nəticədə "Isuzu" markalı yük maşınında olan sərnişin - 1980-ci il təvəllüdlü İmişli rayon sakini Cabbarov Taleh hadisə yerindəcə dünyasını dəyişib, sürücü isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Ağsu, Göyçay, Zərdab və Kürdəmirdə Anım Günü ilə əlaqədar silsilə tədbirlər baş tutub
Kürdəmirdə AĞIQ QƏZA: Ölən və yaralanan var
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər