Ermənistanın keçmiş, eləcə də indiki rəhbərliyi ardıcıl olaraq cinayətkar siyasəti davam etdiriblər - rəy
Ermənistanın həm keçmiş rəhbərliyi və onların tərəfdarları, həm də 2018-ci ildən sonra hakimiyyətə gələn qüvvələr ardıcıl olaraq cinayətkar siyasəti davam etdiriblər.
Bu sözləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Prezident İlham Əliyevin Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Zirvə Görüşündəki çıxışını şərh edərkən bildirib.
Deputat deyib ki, Prezident İlham Əliyevin Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Zirvə Görüşündəki çıxışı regional və qlobal miqyasda tarixi ədalətin bərpası, beynəlxalq hüququn aliliyi və cəzasızlıq sindromu ilə mübarizə baxımından proqram xarakterli bir sənəd olmaqla, siyasi, hüquqi və analitik müstəvidə dərin məzmun daşıyır.
"Prezident İlham Əliyevin haqlı olaraq vurğuladığı kimi, dünya birliyi Ermənistanın 30 il ərzində həyata keçirdiyi işğalçılıq siyasətinə, törətdiyi soyqırımlara, şəhər və kəndlərin viran edilməsinə uzun müddət göz yumub. BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərin dərhal azad edilməsini tələb edən qətnamələrinin kağız üzərində qalması və böyük güclərin bu məsələdə sərgilədiyi laqeydlik, əslində təcavüzkara verilən dolayı və hətta bəzi hallarda açıq dəstək idi. Bu yanaşma və nəticədə, təcavüzkarın cəzasız qalması onun həyasızlığının miqyasını daha da artırırdı.
O qeyd edib ki, Ermənistanın həm keçmiş rəhbərliyi, həm hər üç keçmiş prezident və onların tərəfdarları, həm də 2018-ci ildən sonra hakimiyyətə gələn qüvvələr ardıcıl olaraq cinayətkar siyasəti davam etdiriblər:
"Bu bəyanatla əslində İlham Əliyev hazırkı erməni iqtidarın məsuliyyəti keçmiş hakimiyyətlərin üzərinə atması cəhdlərini ifşa etmiş oldu. Prezidentin qeyd etdiyi kimi, separatçıların liderləri, hərbi cinayətkarlar və uşaq qatilləri Azərbaycanda mühakimə olundu və bu məhkəmə prosesi tarixi Nürnberq tribunalının analoqudur.
Ermənistanın dövlət səviyyəsində törətdiyi 30 illik cinayətlərə, Xocalı və digər soyqırımlara, saysız-hesabsız vəhşiliklərə baxmayaraq Azərbaycan mülki əhaliyə və ya məğlub tərəfin köməksiz vəziyyətinə qarşı qisasçılıq etməmiş, ədaləti döyüş meydanında bərpa edib. Azərbaycan dövləti uşaq qatillərinin səviyyəsinə enməyib, sülh təklif edib. Lakin bu, hərbi cinayətkarların məsuliyyətdən yayınacağı demək deyil".
Deputatın sözlərinə görə, azərbaycanlılara qarşı soyqırım, hərbi cinayətkarlıq və ekosid törətmiş şəxslərin tam şəkildə məsuliyyətə cəlb olunması gündəmdədir:
"Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilmiş hərbi cinayətkarların qlobal miqyasda izlənilməsi, İnterpol və digər mexanizmlər vasitəsilə tutularaq məsuliyyətə cəlb olunması istiqamətində təzyiqlərin artırılması, Ermənistan dövlətinin dövlət səviyyəsində törətdiyi dağıntılara, ekoloji terrora və iqtisadi ziyanlara görə beynəlxalq məhkəmələr qarşısında iddiaların qətiyyətlə davam etdirilməsi bu prosesin həllini gözləyən zəruri mərhələləridir. Eyni zamanda gələcək nəsillərin və dünya ictimaiyyətinin bu həqiqətləri unutmaması üçün Zəfər Parkı, Zəfər Muzeyi və Hərbi Qənimətlər Parkı kimi obyektlərin maarifləndirici rolunun qlobal səviyyədə təbliği istiqamətində effektiv iş başlanıb. Çünki cəzasızlıq hər zaman yeni müharibələrə zəmin yaradır və regionda dayanıqlı və uzunmüddətli sülhün təmin olunması üçün keçmişin dərsləri nəzərə alınmalı, cinayətkarlar layiq olduqları cəzanı almalıdırlar".
Oxşar xəbərlər
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
-
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
-
Xaçmazda qəhvəyi məxmər bağacıqları yenidən yayılıb, zəruri tədbirlər görülür
-
Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşları qəbul edib
-
FHN Qubada texniki təhlükəsizlik mövzusunda seminar-müşavirə keçirib
-
Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib













