AFFA-nın baş katibi Cahangir Fərəcullayev: "Uşaq futbolu Azərbaycan futbolunun gələcəyidir"
Far.Az xəbər saytı

AFFA-nın baş katibi Cahangir Fərəcullayev: "Uşaq futbolu Azərbaycan futbolunun gələcəyidir"


Uşaq futbolu Azərbaycan futbolunun gələcəyidir.

"Far.Az" xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev aşağı yaş qrupları ilə əlaqədar yeni match.affa.az saytının və @AFFA.istedadlar sosial media layihəsinin təqdimat mərasimində deyib.

O, layihə haqqında fikirlərini bölüşüb:

"Ölkəmizdə uşaq və yeniyetmə futbolunun inkişafı üçün mühüm addımlar atılır. Xüsusilə U-15 dünya çempionatı və bununla bağlı inşa edilən 10 min nəfərlik yeni yarış və məşq mərkəzi gələcəkdə uşaq futbolunun istifadəsinə veriləcək. Mərkəzdə son quruculuq işləri aparılır və arena ən müasir standartlara cavab verir".

Baş katib "Eyeball" layihəsinin əhəmiyyətini vurğulayıb:

"Layihə çərçivəsində 2000 istedadlı uşaq aşkar olunub. Toplanan analitik məlumatlar futbolçuların fərdi inkişaf planlarının hazırlanmasında məşqçilərə böyük kömək edir. Bu təşəbbüs UEFA tərəfindən də yüksək qiymətləndirilib və bir çox yerli klublar artıq bu sistemdən yararlanır".

C.Fərəcullayev təqdim edilən yeni rəqəmsal platformaların uşaqların motivasiyasına müsbət təsir göstərəcəyini vurğulayıb:

"Yeni saytlar və sosial media resursları uşaq futboluna marağı artırmaq məqsədi daşıyır. Özlərini bu platformalarda görən uşaqların gələcəkdə böyük futbolçu olmaq istəyi daha da güclənir. Həmçinin bərpa edilən "Məktəbli Kuboku" turniri də böyük rəğbətlə qarşılanıb. Növbəti ildən bu yarışın formatını dəyişərək beynəlxalq turnir səviyyəsinə qaldırmağı planlaşdırırıq".

AFFA rəsmisi uşaq futbolunun əsas hədəf olduğunu vurğulayıb:

"Bütün bu fəaliyyət uşaqların gələcəkdə milli komandanın şərəfini layiqincə qoruması üçün nəzərdə tutulub. Uşaq futbolu Azərbaycan futbolunun gələcəyidir. Əminəm ki, hazırda 14, 15, 16 yaşında olan futbolçular gələcəkdə güclü milli komandanı formalaşdıracaqlar".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər