"Anglo Asian Mining" Azərbaycanda gümüş istehsalını təxminən 30 % artırıb
Far.Az xəbər saytı

"Anglo Asian Mining" Azərbaycanda gümüş istehsalını təxminən 30 % artırıb


Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (aktivləri Azərbaycandadır) 2026-cı ilin III rübündə gümüş istehsalını ötən ilin eyni dövrü ilə müqayisədə 27,3 % artıraraq 52 969 unsiyaya (2025-ci ilin III rübündə 41 623 unsiya) çatdırıb.

"Report" "Anglo Asian Mining"ə istinadən xəbər verir ki, iyul-sentyabr aylarındakı ümumi istehsal həcminin 5 480 unsiyası "dore" xəlitəsinin tərkibində olub, 47 489 unsiyası isə flotasiya emalı nəticəsində və SART texnologiyası vasitəsilə əldə edilib.

Bu ilin doqquz ayı ərzində "Anglo Asian Mining" gümüş istehsalını 40,3 % artıraraq 145 824 unsiyaya (2025-ci ilin 9 ayındakı 103 971 unsiyaya qarşı) çatdırıb.

Şirkətin təsdiqlənmiş proqnozuna əsasən, bütövlükdə 2026-cı ilin yekunlarına üzrə gümüş istehsalının həcminin 170 min-210 min unsiya aralığında olacağı gözlənilir.

Oxşar xəbərlər

"Anglo Asian Mining" I rübdə Azərbaycanda mis hasilatını təxminən 7 dəfə artırıb
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
"Anglo Asian Mining" Azərbaycanda iki yeni qızıl yatağının işlənməsi üçün məsləhətçi cəlb edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər