Hindistanda dini bayram zamanı izdihamda 17 nəfər ölüb
Far.Az xəbər saytı

Hindistanda dini bayram zamanı izdihamda 17 nəfər ölüb


Hindistanın şərqində yerləşən Kəlküttə şəhərində dini bayram zamanı baş verən izdiham nəticəsində azı 17 nəfər ölüb, çox sayda insan xəsarət alıb.

"Far.Az" "NDTV" telekanalına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 19:40-da (Bakı vaxtı ilə 18:10) Qiriş-Park rayonunda müvəqqəti bayram pavilyonunun çıxışında baş verib.

Polisin məlumatına görə, yağış zamanı ərazidə insanların həddindən artıq çox toplaşması izdihama səbəb olub.

Hüquq-mühafizə orqanlarının açıqlamasında bildirilir ki, hadisə nəticəsində təxminən 35 nəfər xəstəxanaya çatdırılıb.

"ANI" agentliyinə danışan şahidlərdən biri izdiham zamanı çox sayda ziyarətçinin huşunu itirdiyini bildirib.

Oxşar xəbərlər

İlham Əliyev "Zangilan City Park Hotel"in təməlini qoyub - YENİLƏNİB
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
FHN təlim etmək istədi - Yanlış park edilən maşınlara görə yanğın avtomobilləri hərəkət edə bilmədi
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər