Azərbaycan və Almaniya “yaşıl” hidrogen təşəbbüslərini müzakirə ediblər
Far.Az xəbər saytı

Azərbaycan və Almaniya “yaşıl” hidrogen təşəbbüslərini müzakirə ediblər


COP29 konfransı çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazov Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlimin mühafizəsi naziri Robert Habek ilə görüşüb.

“Far.Az” xəbər verir ki, bu barədə M.Cabbarov “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Tərəflər iki ölkə arasında iqtisadi əlaqələrin hazırkı vəziyyətini, Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin edilməsindəki fəal iştirakını, bərpa olunan enerji layihələrini, dayanıqlı həll yollarına keçidi və “yaşıl” hidrogen təşəbbüslərini müzakirə ediblər.

Oxşar xəbərlər

İqtisadi inkişafda davamlı artan rəqabətli iqtisadiyyatın rolu - ANALİZ
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Azərbaycan Hidrogen Şurası ilə enerji əməkdaşlığını müzakirə edib - YENİLƏNİB
COP29 Azərbaycanı "Qlobal klub"un üzvü kimi yaşıl enerji bazarında gücləndirəcək - RƏY
Pərviz Şahbazov: “EİB Azərbaycanla “yaşıl enerji” tərəfdaşlığında maraqlıdır” - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər