Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar
İqtisadi təhlükəsizliyə təxribat və mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin cari həbs müddəti başa çatıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məhkəməyə müraciət edib.
Vəsatətdə xüsusilə ağır cinayət işi üzrə 13 aylıq istintaq müddətinin kifayət etmədiyi, irihəcmli iş üzrə əlavə sübutların toplanmasının zəruri olduğu bildirilib. İstintaq uzadıldığından təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin də artırılması xahiş olunub.
Səbail Rayon Məhkəməsi vəsatəti əsaslı sayaraq təmin edib. Hakimin qərarı ilə Adnan Əhmədzadənin həbs müddəti son həddə qədər - 6 ay uzadılıb.
Qanuna əsasən, xüsusilə ağır cinayət işləri üzrə ibtidai istintaq ərzində həbsdə saxlanılmanın son həddi 13 aydır. Müstəsna hallarda isə bu müddət 19 aya qədər uzadıla bilər.
Qeyd edək ki, A.Əhmədzadə ötən ilin sentyabrında DTX tərəfindən həbs olunub.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqa: "Kəpəz" doğma meydanda "Zirə" ilə heç-heçə edib
-
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
-
Vens: ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını qorumasa, benzin üç dəfə bahalaşa bilərdi
-
Azərbaycan şirkətləri Avropa bazarındakı imkanlardan niyə tam istifadə edə bilmirlər?
-
Vens: ABŞ qüvvələrinin Hörmüzdə olması benzin qiymətlərinin artmasının qarşısını alır
-
Premyer Liqa: "İmişli" "Turan Tovuz"u məğlub edib













