Yəmən sahillərində tankerə yaxınlaşan qayığa xəbərdarlıq atəşi açılıb
Far.Az xəbər saytı

Yəmən sahillərində tankerə yaxınlaşan qayığa xəbərdarlıq atəşi açılıb


Mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan tankerin heyəti Yəmən sahillərində gəmiyə yaxınlaşan naməlum qayığın istiqamətində xəbərdarlıq atəşi açıb.

"Far.Az" "Al Jazeera" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

Qurumun məlumatına əsasən, hadisə Yəmənin Əl-Mukalla liman şəhərindən 140 dəniz mili (259 km) cənub-şərqdə baş verib.

Göyərtəsində yeddi nəfərin olduğu kiçik qayıq tankerə yaxınlaşıb və gəminin heyəti iki xəbərdarlıq atəşi açıb. Bundan sonra qayıq istiqamətini dəyişib.

UKMTO bu ərazidə hərəkət edən gəmilərə ehtiyatlı olmağı və şübhəli fəaliyyətlər barədə məlumat verməyi tövsiyə edib.

Hadisənin təfərrüatları araşdırılır.

Oxşar xəbərlər

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Azərbaycandan Türkmənistana hədiyyə olunan tankerin GÖRÜNTÜLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər