Bakıda yaşayış binasında yanğın: Xəsarət alanlar var
Far.Az xəbər saytı

Bakıda yaşayış binasında yanğın: Xəsarət alanlar var


Bakıda yaşayış binasında yanğın olub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində baş verib. Təhlükəsizlik məqsədilə sakinlər təxliyə ediliblər. Yanğın nəticəsində iki nəfər tüstüdən zəhərlənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib. Alovun qarşısı alınıb.

Təcili tibbi yardım briqadasının əməkdaşları tüstüdən zəhərlənən bir nəfərə yerində yardım göstərib, bir qadın isə xəstəxanaya hospitalizasiya olunub.

Fövqəladə Hallar Nazirliyindən cavab olaraq bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Oxşar xəbərlər

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər