"L'Opinione": Bakı forumu mədəniyyətlərarası dialoqun aparıcı platformalarından birinə çevriləcək
Bakıda oktyabrın 27-29-da keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mühüm hadisə və "Bakı prosesi" təşəbbüsünün aparıcı beynəlxalq platformalarından biri olacaq.
"Report" xəbər verir ki, bu barədə İtaliyanın "L'Opinione" nəşrinin məqaləsində bildirilib.
Müəllif qeyd edib ki, ötən il Azərbaycanla Ermənistan arasında mühüm sülh prosesi başlandıqdan sonra regionun yeni sülh və sabitlik mərhələsinə qədəm qoyması fonunda forumun Bakıda keçirilməsi xüsusi rəmzi məna kəsb edir.
"Beləliklə, region (Cənubi Qafqaz - red.) dialoq və diplomatiyanın onilliklər boyu davam edən gərginliyi necə aradan qaldıra biləcəyini nümayiş etdirir", - məqalədə bildirilib.
Nəşr qeyd edib ki, forumun builki mövzusu - "Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin salınması" - nəzəri müzakirələrdən qlobal parçalanmanın aradan qaldırılmasına və xalqlar, mədəniyyətlər, dinlər və dövlət təsisatları arasında dialoqun bərpasına yönəlmiş konkret praktiki fəaliyyətlərə keçidin zəruriliyini əks etdirir.
"Qloballaşmanın öz həssaslığını nümayiş etdirdiyi bir dövrdə Bakı forumu müxtəlifliyin təcridolunma və münaqişələrə səbəb olmamalı olduğunu bir daha vurğulayacaq. Əksinə, o, ortaq, firavan və təhlükəsiz gələcəyin qurulması üçün mühüm resurs və strateji alətdir. Təşkilatçılar və beynəlxalq tərəfdaşlar üçgünlük forumdan böyük ümid bəsləyir, gənc nəslin fəal iştirakı ilə yeni tərəfdaşlıq mexanizmlərinin və transmilli əməkdaşlıq layihələrinin hazırlanacağına ümid edirlər. Gənclərin ictimai-siyasi proseslərdə və qərarların hazırlanmasında iştirakı üçün real imkanların yaradılmasına xüsusi əhəmiyyət veriləcək", - məqalədə vurğulanıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hazırlığı üzrə qurumlararası iclas keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Rabatda keçirilən "Mədəniyyətlər Günü" adlı tədbirdə Azərbaycan stendi maraqla qarşılanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zəngilan Şəhəri Günü münasibətilə konsert proqramı keçirilib
-
Culfada baş verən avtomobil qəzasında bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb
-
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb
-
Sabah Yasamal, Nizami və Binəqədi rayonlarının bir hissəsində işıq olmayacaq
-
Bu ölkədə Ebola virusuna ilk yoluxma halı təsdiqlənib
-
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər













