VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hazırlığı üzrə qurumlararası iclas keçirilib
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hazırlığına həsr olunmuş qurumlararası iclas keçirilib. İclasda dövlət qurumlarının rəhbər səviyyəli nümayəndələri, o cümlədən Xarici İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Dövlət Turizm Agentliyinin, Media İnkişafı Agentliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və ADA Universitetinin təmsilçiləri iştirak edib.
Far.Az xəbər verir ki, iclası mədəniyyət naziri Adil Kərimli açılış nitqi ilə başlayıb.
Nazir Bakı Prosesinin müntəzəm platforması olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun 2011-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə fəaliyyətə başladığını xatırladıb və platformanın qlobal müstəvidə gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Nazir müavini Fərid Cəfərov isə builki Forumun proqramı, hazırlıq işləri, keçiriləcəyi məkanlar və nəzərdə tutulan tədbirlər barədə ətraflı təqdimat edib.
İclas iştirakçıları Forumun müxtəlif istiqamətləri üzrə təkliflərini bölüşüblər. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli elm təşkilatlarının nümayəndələrinin Foruma cəlb edilməsini təklif edib. Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev Quba Olimpiya Kompleksində keçiriləcək Gənclər Forumunun hazırlıq işlərinin davam etdiyini bildirib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov beynəlxalq dəvətlərin əlaqəli qaydada göndərilməsi barədə məlumat verib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Forum çərçivəsində multikulturalizm mövzusunda yan tədbirin keçirilməsini təklif edib. Xarici İşlər Nazirliyinin nümayəndəsi Elməddin Mehdiyev Bakıda yerləşən beynəlxalq gənclər təşkilatlarının Gənclər Forumuna cəlb edilməsini, həmçinin iqlim dəyişikliyi mövzusunda ayrıca panelin təşkilini təklif edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qadın və ailə mövzusunun Forum proqramına daxil edilməsini müzakirəyə gətirib, bu istiqamətdə UN Women ilə birgə xüsusi sessiyanın keçirilməsi razılaşdırılıb.
İclasın yekununda mədəniyyət naziri Adil Kərimli qeyd edib: "VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ümumilikdə 3000-ə yaxın qonağın, o cümlədən 500 xarici iştirakçının iştirakı nəzərdə tutulur. Bakı Prosesinin bu mötəbər platforması beynəlxalq mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməkdə davam edəcək."
Qeyd edək ki, Bakı Prosesi 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulmuş beynəlxalq dialoq platformasıdır. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu prosesin müntəzəm keçirilən əsas tədbiridir.
Qalereya
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
-
Moti Yeger: "Kibertəhlükəsizlik Mərkəzi Azərbaycan və İsrail arasında güclü tərəfdaşlığın sübutudur"
-
Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirilib
-
Xalq artisti Tofiq Mirzəyev İsraildə vəfat etdi
-
Pərvin Piriyev: "Hər kəs U-17 dünya çempionatı üçün Azərbaycana gəlmək istəyir"
-
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib













