Qahirə Hüseynova yüksək vəzifəyə təyin olundu
Ümummilli lider Heydər Əliyevin mətbuat katibi Qahirə Hüseynova yüksək vəzifəyə təyin olunub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyində media məsələləri üzrə məsul şəxs vəzifəsi Qahirə Hüseynovaya həvalə edilib.
Qeyd edək ki, Qahirə Hüseynova bundan əvvəl İctimai Televiziyanın Naxçıvan üzrə bölgə müxbiri kimi fəaliyyət göstərib. O, həmçinin ümummilli lider Heydər Əliyevin mətbuat katibi olub.
Q.Hüseynova Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, siyasi elmlər üzrə fəlsəfə doktorudur. Həmçinin o, ölkə başçısının Sərəncamı ilə Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülüb.
Oxşar xəbərlər
Milli mətbuatın 151 illiyinə həsr olunmuş konfransda media nümayəndələri mükafatlandırılıb
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
Səlahiyyətli nümayəndə: Naxçıvanda sahibkarlığın inkişafında keyfiyyətcə yeni mərhələ başlayıb
Hər kəs üçün təhsil: İnklüzivliyə dair ilk üçdilli kitab təqdim olundu
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisi Hövsan Yarış Kompleksində ilk məşqinə çıxıb
-
Ağdam, Xocalı və Laçına qayıdan sakinlərə cins mal-qara paylanılıb
-
"Gəncə Mall"da oğurluq
-
Ağdam, Xocalı və Laçına qayıdan sakinlərə cins mal-qara paylanılıb - Yenilənib
-
İrakli Kobaxidze oktyabrın sonunda Azərbaycana səfər edəcək
-
Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq













