Şimali Koreya Cənubi Koreyanı yeni təhlükəsizlik tədbirləri ilə hədələyib
Far.Az xəbər saytı

Şimali Koreya Cənubi Koreyanı yeni təhlükəsizlik tədbirləri ilə hədələyib


Şimali Koreya Cənubi Koreyanı ölkənin daxili işlərinə müdaxiləni davam etdirəcəyi təqdirdə ciddi nəticələrlə üzləşəcəyi barədə xəbərdar edib. Pxenyan sərhəd bölgəsində təhlükəsizlik tədbirlərini gücləndirəcəyini və təbliğat yayımlayan səsgücləndiriciləri yenidən quraşdırmağa hazırlaşdığını açıqlayıb.

Far.Az xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. Ölkə lideri Kim Çen Inın bacısı Kim Yo Con sərhəd boyunca hazırlıq səviyyəsinin artırılacağını bildirib.

Cənubi Koreyanın Birləşmə Nazirliyi isə Pxenyanı sərhəddə toqquşma riskini artıran addımları dayandırmağa çağırıb. Nazirlik iki ölkə arasında gərginliyin azaldılması üçün hərbi sərhəd xətti boyunca əlaqə sisteminin yaradılmasının vacibliyini vurğulayıb.

İki ölkə arasında gərginlik sentyabrın 21-də hərbsizləşdirilmiş zonada minanın partlaması nəticəsində üç Cənubi Koreya əsgərinin yaralanmasından sonra yenidən artıb. Seul hadisəyə görə Pxenyanı ittiham etsə də, Şimali Koreya məsuliyyəti qəbul etməyib.

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub
Əsir qalmaqalı - Şimali koreyalıların Cənuba sığınması üçün yeni yol - ŞƏRH
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər