Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
Far.Az xəbər saytı

Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb


Yunanıstanın Qədim Olimpiya şəhərində keçirilən AirBadminton üzrə Avropa çempionatında Azərbaycanın qadınlardan ibarət milli komandası bürünc medal qazanıb.

Azərbaycan Badminton Federasiyasından "Far.Az"a verilən məlumata görə, "BWF AirBadminton European Continental Championships 2026" turnirində Nigar Səmədova, Həcər Nuriyeva, Viktoriya Kumanyayeva və Keişa Fatimə Zəhradan ibarət yığmamız qadınların üçnəfərlik yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.

C qrupunda mübarizə aparan milli ümumi hesabda İsveçrəni 3:1, Xorvatiyanı isə 3:0 hesabı ilə məğlub edib. Almaniya yığmasına 1:3 hesabı ilə uduzan badmintonçularımız qrup mərhələsini ikinci pillədə tamamlayaraq pley-offa vəsiqə qazanıblar.

1/4 finalda meydan sahibi Yunanıstan yığması ilə qarşılaşan komanda rəqibini 3:1 hesabı ilə üstələyərək yarımfinala yüksəlib və bununla da Avropa çempionatının bürünc medalını təmin edib.

Finala vəsiqə uğrunda Türkiyə millisi ilə üz-üzə gələn təmsilçilərimiz ümumi hesabda 1:3 uduzaraq qitə birinciliyini üçüncü pillədə başa vurublar.

Qeyd edək ki, bu, Azərbaycanın AirBadminton üzrə Avropa çempionatlarında növbəti medal uğurudur. 2025-ci ilin sentyabrında Bakıda təşkil olunan ilk Avropa çempionatında Azərbaycan millisi qarışıq komanda yarışında finala yüksələrək gümüş medal qazanmışdı.

Oxşar xəbərlər

UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Viktoriya Bekhemin 35 milyon dollarlıq 15 NİŞAN ÜZÜYÜ - SİYAHI
Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər