Politoloq: Türkiyə-Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir
Far.Az xəbər saytı

Politoloq: Türkiyə-Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir


"Türkiyə ilə Azərbaycan arasında, təəssüflər olsun ki, heç arzuolunmaz, heç də xoş olmayan bir vəziyyətin şahidi olduq.

Lakin nəticə etibarilə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın cənab Prezident İlham Əliyevə zəng etməsi bir daha göstərdi ki, iki dövlət başçısı arasındakı dostluq əlaqələri münasibətlərimizi müəyyənləşdirən başlıca amildir".

Bu barədə Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova BAKU.WS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, çox yaxşı olardı ki, bu telefon zəngi daha öncə baş tutardı və zamanında bu kampaniyanın qarşısı alınardı:

Politoloq: Türkiyə-Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

"Çünki son zamanlarda Azərbaycana qarşı xoşagəlməz fikirlərin səsləndirildiyinin, ittihamların irəli sürüldüyünün və təhqiredici ifadələrin işlədildiyinin şahidi olduq. Azərbaycana tarixi Zəfər bəxş edən Müzəffər Ali Baş Komandanımıza dil uzatmaq yolverilməzdir. Azərbaycan xalqını alçaltmaq yolverilməzdir.

Türkiyənin böyük şəhərlərində, Ankara və İstanbulda Azərbaycan səfirliyi və konsulluğumuz qarşısında aksiyaların təşkil edilməsi də ayrıca təəssüf doğuran məqamdır.

Ədalət və İnkişaf Partiyasının daxilində bəzi şəxslər şəbəkəli və sistemli şəkildə fəaliyyət göstərərək əlaqələrimizi böhran səviyyəsinə gətirib çıxardılar.

Şübhəsiz ki, Oqtay Saral da daxil olmaqla, bu kampaniyanın iştirakçıları bir-bir müəyyənləşdirilməli və münasibətləri bu qədər böhran səviyyəsinə gətirən insanlar layiqli cəzalarını almalıdırlar. Dəqiqləşdirmələr bundan sonra aparılmalıdır".

Şəbnəm Həsənova deyir ki, Azərbaycan həmin şəxsləri arzuolunmaz şəxs elan etdikdə çox maraqlı bir tendensiyanın şahidi olduq:

"Türkiyə mediası və ictimaiyyəti bildirdi ki, həmin şəxslərin özləri də Türkiyədə arzuolunmaz şəxslərdir.

Deməli, Azərbaycanın bu simaları ifşa etməsi tamamilə düzgün qərar idi. Bu insanlar sadəcə Azərbaycan-Türkiyə münasibətlərinə və əlaqələrinə zərər vermirlər, həm də Türkiyənin daxilində parçalanma toxumları əkirlər.

İnkarolunmaz reallıqdır ki, Azərbaycan və Türkiyə dostdur, qardaşdır. Amma şübhəsiz ki, son baş verən hadisələr ürəkbulandırıcı oldu və Azərbaycanda şübhələr yaratdı. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevə qarşı təşkil olunan bu kampaniya Azərbaycan xalqı tərəfindən birmənalı şəkildə narazılıqla qarşılandı.

Çünki biz bunu kimdənsə gözləsəydik belə, Türkiyədən gözləmirdik. Şübhəsiz ki, təəssüflər olsun, belə məqamlar yaşandı.

Lakin ötən dövr ərzində Azərbaycan-Türkiyə münasibətlərini hər zamankı ruhda saxlamağa çalışan dövlət xadimlərinin mövqeyini də təqdir edirik. Binali Yıldırım və Dövlət Baxçalı kimi

maraqlı olmayan, bunu həqiqətən istəməyən və münasibətlərin pozulmaması üçün əlindən gələni edən hər bir şəxsin fəaliyyətini və fikirlərini təqdir edirik.

Kampaniya AKP-nin daxilindən qaynaqlanırdı. Bu isə sadəcə Azərbaycanda deyil, Türkiyənin özündə də narazılıqlara səbəb oldu. Sekulyar dövlət tərəfdarları və millətçilər bu kampaniyaya qarşı öz mövqelərini aydın şəkildə ortaya qoydular. Lakin pis günlər də hər şeyi aydınlaşdırır.

Azərbaycanın ləkələnməsi üçün aparılan bu kampaniya Türkiyəni iki yerə böldü. Eyni zamanda, bir daha üzə çıxardı ki, həqiqətən də Azərbaycanı sevən insanlar var və bu şəxslər Azərbaycan-Türkiyə münasibətlərinin sağlam təməllər üzərində inkişafında maraqlıdırlar".

Oxşar xəbərlər

Bakıda Zəfər muzeyinin açılışı olub
Din xadimləri Xankəndidə Zəfər parkı və Zəfər meydanını ziyarət ediblər
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər