WSJ: ABŞ İrana zərbələrin mümkün bərpasına hazırlaşır
Yaxın Şərqdəki Amerika hərbi gəmiləri İranla münaqişənin mümkün eskalasiyasına hazırlaşır.
"Far.Az" "The Wall Street Journal" (WSJ) qəzetinə istinadən xəbər verir ki, nəşrin jurnalistləri Ərəbistan dənizindəki "USS George Washington" təyyarədaşıyan gəmisinin göyərtəsində olub, uçuş əməliyyatları və döyüş sursatı ehtiyatlarının doldurulmasını izləyiblər.
Gəmilərə yerüstü hədəflərə zərbə endirmək üçün qanadlı raketlər və bunker əleyhinə aviabombalar da daxil olmaqla, böyük bir silah partiyası çatdırılıb.
Hərbi planlaşdırma ilə tanış olan amerikalı rəsmilərin məlumatına görə, Vaşinqton yaxın həftələrdə İrana yeni zərbələr raundu imkanını nəzərdən keçirir. Silah tədarükü ilə bağlı müvafiq qərarın qəbul ediləcəyi təqdirdə, ABŞ hərbi imkanlarını genişləndirə bilər.
Bunker əleyhinə aviabombalar möhkəmləndirilmiş və dərində yerləşən hədəfləri vurmaq üçün nəzərdə tutulub. Onların təyyarədaşıyan gəmiyə çatdırılması daha genişmiqyaslı əməliyyatlara hazırlıqdan xəbər verə bilər, lakin bu, yeni zərbələr barədə qərarın artıq verildiyi anlamına gəlmir.
Pentaqondan bildiriblər ki, qurumun vəzifəsi hərbi fəaliyyət variantlarını hazırlamaq və prezidentə təqdim etməkdir.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Makron Paris yaxınlığındakı atışmanı irqçilik zəminində törədilən ilk terror aktı adlandırıb
-
Bakıda kafedə dava zamanı bir nəfər öldürüldü - 9 nəfər saxlanıldı - ANBAAN VİDEO
-
Elin Süleymanov: Cənubi Qafqaz sülh nümunəsinə çevrilib
-
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək
-
İrəvanda COP-17 və "yaşıl ikiüzlülük" - Cənubi Qafqazın ekologiyasına Ermənistanın "töhfələri"
-
Bakıda sürücülər üçün 40 manatlıq "tələ"













