Deputatın oğlu barəsində həbs qərarı verildi
Bakıda baş verən insidentlə bağlı saxlanılan deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə qərar Nizami Rayon Məhkəməsində qəbul edilib.
***
Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirməkdə və cinayətkar birlik yaratmaqda şübhəli bilinən şəxslərdən iki nəfər barəsində qərar verilib.
Far.Az Real TV-yə istinadən xəbər verir ki, Emin Rəhimov və Elmar Cəfərov barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Şübhəli bilinən digər şəxslərin də ifadələri davam edir.
***
Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirməkdə və cinayətkar birlik yaratmaqda şübhəli bilinən şəxslər məhkəməyə gətiriliblər.
Far.Az Real TV-yə istinadən xəbər verir ki, hakim qarşısına çıxarılan şəxslər arasında deputat Arzuxan Əlizadənin oğlu Əhməd də var.
Qeyd olunur ki, hazırda şübhəli şəxslərin ifadələri alınır.
***
Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirməkdə və cinayətkar birlik yaratmaqda şübhəli bilinən şəxslər məhkəməyə gətiriliblər.
Far.Az Real TV-yə istinadən xəbər verir ki, hazırda iki nəfər hakim qarşısına çıxarılıb.
Qeyd olunur ki, şübhəli şəxslər Xətai Rayon Məhkəməsində ifadə verəcəklər.
Qeyd edək ki, hadisə zamanı öldürülən Ceyhun ətrafında "Ceyhun Sabunçu" adı ilə tanınıb.
Məlumata görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edib. Əhməd Əlizadə əvvəllər də işlədiyi cinayət əməllərinə görə məhkum olunub.
Deputatın oğlu da daxil olmaqla, hadisə ilə bağlı 9 nəfər müxtəlif əməllərə görə saxlanılıb. Onlardan Elmar Cəfərov və Emin Rəhimov qəsdən adam öldürməkdə şübhəli bilinirlər.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Deputat Arzuxan Əlizadənin oğlunun adı hallanan dəhşətli cinayətin yeni təfərrüatı
Kütləvi dava zamanı törədilən qətldə şübhəli bilinən iki nəfər həbs olundu
Deputat Arzuxan Əlizadənin oğlunun öldürdüyü deyilən Ceyhunun bu gün ailəsində xeyir iş olacaqmış
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Biləsuvar rayonunun əksər hissəsi işıqsız qalıb
-
Tramp: "Audi" ABŞ-də avtomobil zavodunun inşasına 4,2 milyard dollar investisiya yatıracaq
-
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
-
Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
-
Gürcüstanda məktəbə hücum planlaşdıran yeniyetmələr saxlanılıb
-
"Anamla atam ailə qurmağımı istəyir"













