Səudiyyə Ərəbistanında raket qalıqları iki nəfəri yaralayıb
Far.Az xəbər saytı

Səudiyyə Ərəbistanında raket qalıqları iki nəfəri yaralayıb


Səudiyyə Ərəbistanının cənubunda ballistik raketlərin ələ keçirilərək məhv edilməsindən sonra onların qalıqlarının düşməsi nəticəsində iki nəfər xəsarət alıb.

Far.Az xəbər verir ki, Səudiyyə Mətbuat Agentliyinin yaydığı məlumata görə, hadisə barədə krallığın Mülki Müdafiə İdarəsi məlumat yayıb.

Bildirilib ki, bazar günü iki ballistik raket zərərsizləşdirilib. Bundan sonra onların qalıqları yaşayış ərazilərinə düşüb.

Xəsarət alanlardan biri Səudiyyə Ərəbistanı vətəndaşı, digəri isə Asiya ölkələrindən birinin vətəndaşıdır.

Hadisə nəticəsində üç yaşayış evinə və yeddi avtomobilə də ziyan dəyib. Raketlərin Yəməndəki "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən buraxıldığı bildirilir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
FHN-in Bakı Regional Mərkəzi kompleks mülki müdafiə təlimi təşkil edib
Husilərin uğuru – qiyamçılar yenidən regionun təhdid mənbəyi kimi - ŞƏRH

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər