Türkiyəli nazir: "İnkişaf Yolu Dəhlizini Orta Dəhlizlə əlaqələndirmək istəyirik"
Türkiyə İnkişaf Yolu Dəhlizini Orta Dəhlizlə əlaqələndirməyi planlaşdırır.
"Far.Az" xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu COP29 çərçivəsində keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, son zamanlar Orta Dəhlizin inkişafı istiqamətində bir sıra addımlar atılır: "Azərbaycan da bu dəhlizin mühüm iştirakçılarındandır və dəhlizin inkişafı istiqamətində sərmayələr yatıraraq mühüm işlər görür. Biz də Orta Dəhlizi dəstəkləmək üçün işlər həyata keçirir, İnkişaf Yolu Dəhlizi üzərində işlər aparırıq. Belə ki, Fars körfəzindən başlayaraq 1 200 kilometrlik yol qət edib Türkiyəyə çatan bu dəhlizi Orta Dəhlizlə birləşdirərək Avropaya çatdırmaq istəyirik".
A. Uraloğlu qeyd edib ki, Türkiyənin də iştirak etdiyi Orta Dəhlizdə elektrikli qatarların və lokomotivlərin fəaliyyəti barədə müzakirələr aparılır.
Oxşar xəbərlər
Abdulkadir Uraloğlu: Türkiyədə emissiyaların azaldılması məqsədilə tədbirlər həyata keçirilir
Azərbaycana 5 ədəd tam elektrikli təcili yardım avtomobili gətiriləcək
Neft sisternlərindən transkontinental qatarlara: Azərbaycan dəmir yollarının inkişaf yolu və nailiyyətləri
Türkiyəli nazir Azərbaycanı Zəngilan aeroportunun açılışının ikinci ildönümü münasibətilə təbrik edib
“Azərpoçt” elektrikli və yaxud hibrid nəqliyyat vasitələrindən istifadə etmək istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb













