Prezidentin köməkçisi: Süni intellekt dövründə həqiqətin tapılması daha ciddi çağırışla üz-üzədir
Süni intellekt dövründə həqiqətin tapılması daha ciddi çağırışla üz-üzədir.
"Far.Az"un məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Mədəniyyət və Media Dialoqu Platforması" çərçivəsində keçirilən "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiyada deyib.
O qeyd edib ki, bu mənada, dezinformasiya əsas maneələrdən biridir:
"Bu yeni anlayış deyil. İndi görürük ki, bu çox geniş vüsət almaqdadır. Süni intellekt və sosial media bir növ bu fenomenin zənginliyini incələyən məqama çevrilib".
Prezidentin köməkçisi bu xüsusda beynəlxalq qanuna diqqət çəkib:
"Hazırda süni intellekt vasitəsilə ölkələrin daxili işlərinə belə qarışılır. Azərbaycan 30 il ərzində dezinformasiyaya qarşı mübarizə sistemi qurub. Çünki o zaman elə bir vəziyyət yaradılmışdı ki, sanki Azərbaycan başqa ölkənin torpağını işğal edib. Yəni dezinformasiya bizə yad deyil".
H. Hacıyev xatırladıb ki, CNN bir müddət əvvəl çox təhlükəli bir məsələ barədə məlumat yaymışdı:
"Bu elə bir məsələ idi ki, regionda vəziyyətə çox ciddi təsir edə bilərdi. Yəni bu peşəkar yanaşma deyildi. Azərbaycan bu situasiyada nə etdi? Qarşı tərəfdən açıqlama istədi, eləcə də məsələni BMT qarşısında qaldırdı. Lakin hələlik bu barədə cavab yoxdur".
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Serbiyadakı növbədənkənar parlament seçkilərində "Tələbə siyahısı" qalib gəlib
-
Lula da Silva Braziliyanın ABŞ-nin "arxa bağça"sı olmayacağını bildirib
-
Şərurda 4 min hektara yaxın sahədə taxıl əkiləcək
-
U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti matçını keçirib
-
ABŞ-də dəniz məhsulları istehsalı zavodunda ammonyak çəni partlayıb
-
Bakıda "Torpaq" adlı qrup sərgisi açılıb













