Elvin Məmmədov: "Hazırkı U-15 millisi gələcəyin ən güclü Azərbaycan yığması ola bilər"
Far.Az xəbər saytı

Elvin Məmmədov: "Hazırkı U-15 millisi gələcəyin ən güclü Azərbaycan yığması ola bilər"


Hazırkı U-15 millisi gələcəyin ən güclü Azərbaycan yığması ola bilər.

Bunu "Far.Az"a açıqlamasında "Neftçi"nin U-17 komandasının baş məşqçisi Elvin Məmmədov deyib.

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalında çıxış edən U-15 yığması ilə bağlı fikirlərini bölüşüb:

"Doğrusu, açılış matçı istisna olmaqla, digər oyunları izləmək şansım olmayıb. Yığmamıza uğurlar arzu edirəm. Bu, gələcəyimizin milli komandasıdır. Onların yaxşı futbol oynaması gələcəyə nikbin baxmağa zəmin yaradır. Özüm U-17 komandası ilə çalışıram və gedişatı bilirəm. Düşünürəm ki, Azərbaycan üçün gələcəyin ən yaxşı milli komandası gəlir. Təbii ki, qarşıdakı keçid dövrünü uğurla adlamaq lazımdır. "Neftçi"dən 6 futbolçu yığmanın şərəfini qoruyur. Həm onlar, həm də digərləri çox potensiallı oyunçulardır".

Elvin Məmmədov sözügedən futbolçuların gələcəkdə böyük klublarda çıxış edəcəyinə ümid edir:

"Ümid edək ki, futbolçularımız skautlar tərəfindən bəyəniləcəklər və karyeralarını ölkə xaricində davam etdirəcəklər. Təbii ki, Azərbaycan futbolu üçün çox önəmli hadisədir. İstərdik ki, onlar futbolçu kimi Avropanın aparıcı komandalarının akademiyalarında yer alsınlar".

Xatırladaq ki, U-15 millimiz yer aldığı AF qrupunda Timor-Leste yığmasını 6:0, Andorranı 1:0, İsraili isə 3:1 hesabı ilə məğlub edib. Komanda Avstraliya millisinə isə 1:3 hesabı ilə uduzub.

Oxşar xəbərlər

FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - Yenilənib
Xarici diplomatlar Kəlbəcərdə keçirilən Bal Festivalında iştirak ediblər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilir
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər