Meksikada Vens qasırğası ilə bağlı dörd ştatda xəbərdarlıq edilib
Far.Az xəbər saytı

Meksikada Vens qasırğası ilə bağlı dörd ştatda xəbərdarlıq edilib


Meksika hakimiyyəti Sakit okean sahillərinə yaxınlaşan birinci kateqoriyalı Vens qasırğası ilə əlaqədar dörd ştatda daşqın və torpaq sürüşməsi təhlükəsi barədə xəbərdarlıq edib.

Far.Az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Meksikanın Milli Mülki Müdafiə Koordinasiyası bazar günü bildirib ki, qasırğa Gererro, Miçoakan, Kolima və Xalisko ştatlarında güclü yağışlara, küləyə və yüksək dalğalara səbəb ola bilər. Hadisəyə hazırlıq məqsədilə həmin ərazilərə əlaqələndirmə qrupları göndərilib.

Qurum çay yataqlarının, dərələrin və su kanallarının yaxınlığında yaşayan sakinlərə ətraf mühiti daim izləməyi tövsiyə edib. Su səviyyəsinin yüksəlməsinin ilk əlamətləri müşahidə olunduqda dərhal daha yüksək ərazilərə çəkilmək çağırışı edilib.

Məlumata görə, qasırğa saatda 7 kilometr sürətlə şimal-qərb istiqamətində hərəkət edir. Onun davamlı küləyinin sürəti saatda 120 kilometrə, külək şiddətinin isə saatda 150 kilometrə çatdığı bildirilir.

Vens qasırğasının təsirinə məruz qalacaq dörd ştatda hər kvadratmetrə 50–75 millimetr yağıntının düşəcəyi proqnozlaşdırılır.

Güclü yağışların torpaq sürüşmələrinə, çay və dərələrdə suyun səviyyəsinin artmasına, su kanallarının daşmasına və alçaq ərazilərdə subasmaya səbəb ola biləcəyi qeyd olunur.

Oxşar xəbərlər

Bakı bulvarında Çay Festivalı keçirilir
Qubada torpaq sürüşməsi baş verən kəndə ərzaq yardımı göndərilib
Trampın Latın Amerikası əməliyyatı: Venesuela, Meksikadan sonra Kuba və Kolumbiyadır? - ŞƏRH
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər