Ceyhun Bayramov: Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Far.Az xəbər saytı

Ceyhun Bayramov: Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır


Ermənistan tərəfi sülh sazişinin imzalanması məsələsində fərqli tarixlər göstərir.

Far.Az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov niderlandlı həmkarı Tom Berendsenlə bu gün Bakıda mətbuat üçün brifinqdə deyib.

Nazir qeyd edib ki, Azərbaycan tərəfi bu barədə bütün çıxışları, fikirləri diqqətlə izləyir, qeydlər götürür.

"Burada bir daha qeyd edirəm ki, Azərbaycanın bu məsələdə fikri qətidir, açıqdır. Son bir il ərzində Azərbaycan tərəfindən bir çox birtərəfli addım atılıb, bunu Ermənistan tərəfinin, ümumən hamının görmək imkanı var. Ermənistan daxilində müəyyən proseslər gedir, Konstitusiyanın dəyişdirilməsi ümumən Ermənistan hakimiyyətinin də marağındadır, bu, müəyyən səbəblərə görədir. Yekunda bir daha deyim ki, Azərbaycan tərəfi sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır və sadiqdir".

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Dünya məşhurlarını neçə milyon insan izləyir? - SİYAHI
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər