"Araz-Naxçıvan" və "Qarabağ"ın aşağı yaş qrupları üçün danışılmış oyunlarla bağlı sessiya keçirilib
Far.Az xəbər saytı

"Araz-Naxçıvan" və "Qarabağ"ın aşağı yaş qrupları üçün danışılmış oyunlarla bağlı sessiya keçirilib


AFFA-nın Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsi tərəfindən Misli Premyer Liqasında çıxış edən "Araz-Naxçıvan" və "Qarabağ" klublarının aşağı yaş qruplarının üzvləri üçün maarifləndirici sessiyalar təşkil olunub.

Bu barədə "Far.Az"a AFFA-nın mətbuat xidmətindən bildirilib.

Tədbirlər qurumda hər il mütəmadi şəkildə həyata keçirilən silsilə sessiyalar çərçivəsində baş tutub. Sessiyada Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsinin aparıcı mütəxəssisi Murad Məmmədli futbolçulara və məşqçilərə danışılmış oyun anlayışı, üzləşə biləcəkləri risklər, eləcə də bu cür halların futbolun toxunulmazlığına və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat verib.

Təlimçi onların oyun prosesində daşıdığı rol və bu rolun hər hansı kənar təsirdən qorunmasının vacibliyi barədə geniş təqdimatla çıxış edib. Sessiyada danışılmış oyunlar kontekstində futbolçu və məşqçilərin davranışlarının həssas məqamlardan biri hesab olunduğu, bu səbəbdən peşəkar davranışın daim yüksək məsuliyyət tələb etdiyi diqqətə çatdırılıb.

Görüşdə idmançıların və mütəxəssislərin futbolun ədalət və dürüstlük prinsiplərinin qorunmasında mühüm rol oynadığı qeyd edilib. Peşəkarlıq, prinsipiallıq, dürüstlük və yüksək peşə etikasının fəaliyyətin ayrılmaz hissəsi olduğu və futbolun etibarlılığı üçün həlledici əhəmiyyət daşıdığı bildirilib. Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı matçlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və ehtimal olunan təsir üsulları təqdimat vasitəsilə izah olunub.

Eyni zamanda, etik borc, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olunan addımlar, məlumatın vaxtında və düzgün şəkildə verilməsi zərurəti, həmçinin məlumatın gizlədilməsinin doğura biləcəyi ciddi nəticələr praktiki situasiyalar əsasında müzakirə edilib. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və ictimai, eləcə də şəxsi profillərin düzgün idarə olunmasının vacibliyi xüsusi nəzərə çatdırılıb.

Sessiyada AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri iştirakçıların diqqətinə çatdırılıb. Danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu vurğulanıb, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr təqdim edilib. Təlimin sonunda iştirakçıların biliklərini yoxlamaq məqsədilə interaktiv suallar verilib.

Qeyd edək ki, maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi, həmçinin futbolçuların və məşqçilərin bu sahədə məsuliyyət və məlumatlılıq səviyyəsinin daha da artırılmasıdır.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
"Cəbrayıl" klubunun futbolçuları üçün danışılmış oyunlara qarşı maarifləndirici sessiya keçirilib
AFFA "Şəfa"nın aşağı yaş qruplarına danışılmış oyunlarla bağlı sessiya keçirib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər