AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
Far.Az xəbər saytı

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq


"Ramiz Mehdiyev törətdiyi əməllərə görə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü olaraq qala bilməz".

Oxu.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında AMEA-nın prezidenti İsa Həbibbəyli bildirib.

"Lazımi qərarı verəcəyik. Ən yaxın zamanda AMEA-nın bununla bağlı iclasını çağıracağıq", - deyə İsa Həbibbəyli qeyd edib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib.

Hakim Murad Aslanovun sədrliyi ilə keçirilən prosesdə Ramiz Mehdiyevin yaşı və səhhətindəki problemlər nəzərə alınaraq, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, ona təyin edilən cəzanın şərti tətbiq olunmasına qərar verilib.

Hökmə əsasən, Ramiz Mehdiyevin əmlaklarının dövlətin xeyrinə müsadirə edilməsi, eləcə də onun dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb.

Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub? - Cinayət işinin DETALLARI
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər