BTQ: "Fransa Korsika xalqının öz gələcəyini müəyyənləşdirmək hüququna qarşı çıxır"
Bakı Təşəbbüs Qrupu (BTQ) Fransa Senatının Korsikaya muxtariyyət verilməsini nəzərdə tutan konstitusiya islahatını rədd etməsini qətiyyətlə pisləyir.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə BTQ-nin icraçı direktoru Abbas Abbasovun Fransa Senatının Korsikanın muxtariyyətinə dair konstitusiya islahatını rədd etməsi ilə bağlı mətbuata açıqlamasında bildirilib.
"Bakı Təşəbbüs Qrupu (BTQ) olaraq Fransa Senatının Korsikaya muxtariyyət verilməsini nəzərdə tutan konstitusiya islahatını rədd etməsini qətiyyətlə pisləyirik. Bu qərar Fransa siyasi dairələrində hələ də hökm sürən müstəmləkəçi təfəkkürün, Korsika xalqının iradəsinə göstərilən açıq hörmətsizliyin və rəsmi Parisin Xalqların öz müqəddəratını təyin etmək hüququ haqqında bəyanatları ilə faktiki siyasəti arasındakı dərin uçurumun növbəti təzahürüdür", - o bildirib.
Qeyd edilib ki, 2026-cı il oktyabrın 26-sı Fransa senatında baş verənlər bir daha göstərdi ki, Makron rejimi Korsika xalqının öz siyasi gələcəyini müəyyənləşdirmək, milli kimliyini qorumaq və öz torpağında özünüidarə hüququna sahib olmaq istəyini qəbul etmək istəmir:
"Dörd ildən artıq davam edən siyasi danışıqların, əldə olunmuş razılaşmaların və Korsikanın demokratik yolla seçilmiş nümayəndələrinin ifadə etdiyi iradənin bu şəkildə heçə sayılması qəbuledilməzdir. Xüsusilə, korsikalıların özünəməxsus tarixi, dil və mədəni kimliyinin, eləcə də doğma torpaqları ilə xüsusi bağlılığının tanınmasını nəzərdə tutan müddəaların qanun layihəsindən çıxarılması Fransa siyasi elitasının Korsika xalqının kollektiv kimliyini tanımaqdan nə dərəcədə çəkindiyini nümayiş etdirir.
Fransa bir tərəfdən dünyaya demokratiya, insan hüquqları və xalqların azadlığı haqqında dərs keçməyə çalışır, digər tərəfdən isə öz əsarəti altında saxladığı ərazilərdə xalqların ən elementar siyasi tələblərini belə təhlükə kimi görür.
Korsika xalqının muxtariyyət tələbinin Fransanın birliyinə təhlükə kimi qələmə verilməsi xüsusilə absurd görünür. Bir xalqın öz dilini, mədəniyyətini, tarixi kimliyini və siyasi səlahiyyətlərini qorumaq onların fundamental haqqıdır. Əsl təhlükə bu legitim tələblərin sistemli şəkildə rədd edilməsi və xalqların siyasi iradəsinin mərkəzi hakimiyyətin maraqlarına qurban verilməsidir.
Bakı Təşəbbüs Qrupu Fransa hakimiyyətini Korsika xalqının legitim iradəsinə hörmət etməyə, onun siyasi, mədəni və dil hüquqlarını tanımağa, əldə olunmuş razılaşmalara sadiq qalmağa və muxtariyyət məsələsində real siyasi iradə nümayiş etdirməyə çağırır və beynəlxalq ictimaiyyəti, insan hüquqları təşkilatlarını və müvafiq beynəlxalq institutları Fransa dövlətinin Korsika xalqının legitim siyasi tələblərinə münasibətdə nümayiş etdirdiyi bu ədalətsizliyə laqeyd qalmamağa dəvət edir".
Oxşar xəbərlər
BTQ: Fransa Korsika xalqının öz gələcəyini müəyyənləşdirmək hüququna qarşı çıxır
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Azadlıq uğrunda Fransa imperializminə qarşı - Korsikanın siyasi və tarixi mübarizəsi - ŞƏRH
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
-
Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb
-
Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub edib
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
-
Nərimanov rayonunun bir hissəsində bu gün qaz olmayacaq













