Bolsonaru artıq özünü "Braziliyanın seçilmiş prezidenti" hesab etmir
Braziliyadakı prezident seçkilərində məğlub olduqdan sonra ölkəni tərk edən və özünü "əsl seçilmiş prezident" adlandıran senator Flaviu Bolsonaru ifadəni dəyişərək özünü "Braziliya lideri" elan edib.
"Far.Az" xəbər verir ki, müvafiq müraciət onun "X" hesabında dərc olunub.
"Braziliya xalqına və beynəlxalq ictimaiyyətə Braziliya lideri olaraq müraciət edirəm", - müraciətin yenilənmiş versiyasında deyilir. Siyasətçi müraciətin ilkin variantını silib.
Bundan başqa, Bolsonaru dövlət gerbinin təsvirini dəyişib: o, 1889–1967-ci illər dövrünə aid tarixi gerbin əvəzinə Braziliya Federativ Respublikasının müasir simvolunu yerləşdirib.
Dəyişikliklərin motivləri açıqlanmır.
Qeyd edək ki, oktyabrın 25-də prezident seçkilərinin ikinci turunda Luis İnasiu Lula da Silva Flaviu Bolsonarunu məğlub edərək dördüncü müddətə yenidən seçilib. Senatorun namizədliyini irəli sürən Liberal Partiya, eləcə də onun əsas müttəfiqləri məğlubiyyəti etiraf ediblər. Bir gün sonra senator tələsik ölkəni tərk edib, çünki məhkəmə əvvəllər onu iqtisadi cinayətlərdə, o cümlədən çirkli pulların yuyulmasında ittiham etmişdi.
Oxşar xəbərlər
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Braziliyada prezident seçkiləri ikinci tura qalıb - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
-
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
-
Sandra Kulibali Lerua: Süni intellekt əmək bazarında gender bərabərsizliyini artıra bilər
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
Azərbaycan Kuboku: Bu gün II təsnifat mərhələsinin daha 5 oyunu keçiriləcək
-
Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı













