Dünya çempionatı: Azərbaycanın üç güləşçisi mübarizəyə başlayır
Far.Az xəbər saytı

Dünya çempionatı: Azərbaycanın üç güləşçisi mübarizəyə başlayır


Azərbaycanın üç güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bu gün mübarizəyə start verəcək.

"Far.Az"un məlumatına görə, yarışın növbəti günündə bir qadın, iki sərbəst güləşçi xalça üzərinə çıxacaq.

Ruzanna Məmmədov (59 kq) ilk görüşündə yaponiyalı Natsuki Yamaquçi ilə üz-üzə gələcək.

Sərbəst güləşçilərdən Rəşid Babazadə (65 kq) Tairbek Jumaşbeklə (Qırğızıstan), Maqomedxan Maqomedov (97 kq) isə Aleksandr Quştinlə (Belarus) qarşılaşacaq.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.

Oxşar xəbərlər

"UFC Fight Night Baku": Gecənin ikinci əsas döyüşündə Maqomedov Pereyranı məğlub edib - YENİLƏNİB-4
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Azərbaycan Milli Xalça Muzeyində "Zamanın naxışları" moda nümayişi təşkil olunub
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər