Azərbaycan Asiya-Sakit okean regionu ölkələri ilə turizm əlaqələrini genişləndirir
Azərbaycan Asiya-Sakit okean regionu ölkələri ilə turizm əlaqələrini genişləndirir.
"Far.Az" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən "PATA Hosted Buyers Summit Baku 2026"da deyib.
Agentlik sədrinin sözlərinə görə, bu il Azərbaycanın turizm imkanları Çində bir sıra beynəlxalq sərgilərdə nümayiş olunub: "Regional tərəfdaşlarla əməkdaşlığımız bu il də bir sıra irimiqyaslı beynəlxalq sərgilərdə - o cümlədən Çində "ITB China", İndoneziyada "Indonesia Travel Expo" və Kuala-Lumpurda "WITEX" sərgilərində, eləcə də Çin, İndoneziya, Malayziya, Sinqapur, Cənubi Koreya və Yaponiya üzrə təşkil olunmuş "roadshow"da iştirakımızla davam edir. Pekin şəhərində nümayəndəliyimizin fəaliyyətə başlaması Azərbaycanı bu bazarlara daha da yaxınlaşdırmaq və tərəfdaşlarımızla uzunmüddətli əlaqələr qurmaq yolunda atılmış növbəti mühüm addımdır".
O əlavə edib ki, tədbirdə Çin, Malayziya, İndoneziya, Sinqapur, Yaponiya və Koreyadan olan 50-dən çox turizm sənayesi nümayəndəsinin Bakıda bir araya gəlib: "Bu sammit Azərbaycanın turizm potensialının nümayiş etdirilməsi, eləcə də beynəlxalq alıcılar və yerli turizm sənayesi nümayəndələri arasında birbaşa biznes əlaqələrinin qurulması üçün dəyərli platformadır".
Oxşar xəbərlər
Leyla və Arzu Əliyevalar "Urban Expo" sərgisi ilə tanış olublar
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
-
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
Azərbaycan Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək
-
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
-
U-15 dünya çempionatı: Azərbaycan millisi Cəbəllütariq yığmasına qalib gəlib













