"Pərviz Abubəkirovun ali təhsili yoxdur, diplomu saxtadır" - Qənirə Ataşovadan həmkarına sərt ittihamlar
Far.Az xəbər saytı

"Pərviz Abubəkirovun ali təhsili yoxdur, diplomu saxtadır" - Qənirə Ataşovadan həmkarına sərt ittihamlar


"Azərbaycan səhiyyəsi daha bir diplomsuz rəhbərdən xilas oldu. Pərviz Abubəkirov uzun illər tutduğu Səhiyyə Nazirliyinin mətbuat katibi vəzifəsindən ayrıldı. Bu qərara görə yeni təyin olunmuş səhiyyə naziri Anar Bayramova peşəkar media nümayəndələri adından dərin təşəkkürümü bildirirəm".

BAKU.WS Musavat.com-a istinadla xəbər verir ki, bunu ABŞ-də yaşayan tanınmış jurnalist Qənirə Ataşova sosial media hesabında yazıb. O bildirib ki, Pərviz Abubəkirovun bu vəzifəyə gəlişindən sonra media ilə Səhiyyə Nazirliyi arasında dərin uçurum yaranmışdı:

"Suallarına cavab ala bilməyən jurnalistlər həmin cavabları xəstəxanalarda, birbaşa həkimlərdən axtarmağa məcbur qalmışdılar.

Nəticədə mətbuat katibinin üzərinə düşən işi həkimlər görməli olurdular, bu isə media, cəmiyyət və tibb işçiləri arasında əlavə gərginlik yaradırdı.

Halbuki həkimin vəzifəsi nazirliyin mətbuat katibini əvəz etmək deyil. Səhiyyə siyasəti, sistemdəki problemlər və ictimai əhəmiyyətli məsələlərlə bağlı rəsmi açıqlamaları vermək məhz nazirliyin məsuliyyətidir.

Mənim qənaətimcə, Pərviz Abubəkirovun rəhbərliyi dövründə bu kommunikasiya sistemi faktiki olaraq iflic vəziyyətinə düşmüşdü. Suallara cavab vermək əvəzinə susmaq üstün tutulurdu".

Jurnalist iddia edib ki, P.Abubəkirovun diplomu olmayıb:

"Bir daha xatırladım ki, Pərviz Abubəkirovun ali təhsili yox idi. Sonradan saxta diplom tapa da bilər. Mən onun özünün müəllifi olduğu bir məqaləyə belə rast gəlməmişəm. Onu televiziya mühitindən kriminal xəbərlərin həftəlik montajını hazırlayan əməkdaş kimi tanıyıram. ANS-də montajçı kimi çalışırdı.

Əsas sual isə budur: müvafiq təhsili və peşə hazırlığı olmayan şəxs belə məsuliyyətli dövlət vəzifəsinə necə təyin edilə bilər? Bəs onu təyin edənlərin məsuliyyəti haradadır? Ümid edirəm ki, Azərbaycan səhiyyəsində başlayan dəyişikliklər davam edəcək".

Xatırladaq ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov vəzifəsindən ayrılıb. O bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu.

Oxşar xəbərlər

Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycanın tibb işçiləri NATO-nun təlimində iştirak edib
İlham Əliyev İƏT-in baş katibini qəbul edib
İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər