Azərbaycanın turizm imkanları Asiya-Sakit okean regionundan 50-dən çox alıcıya təqdim olunur
"Sakit okeanı regionundan 50-dən çox alıcını Azərbaycanın turizm imkanları ilə yaxından tanış olmaq üçün ölkəmizə dəvət etmişik".
Far.Az xəbər verir ki, bu sözləri "PATA Hosted Buyers Summit Baku 2026" tədbirində jurnalistlərə açıqlamasında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid deyib.
O vurğulayıb ki, qonaqlar yalnız Bakı şəhərində yerli tərəfdaşlarla görüşmək, işgüzar əlaqələr qurmaq və gələcəkdə birgə əməkdaşlıq imkanlarını müzakirə etmək üçün deyil, həm də paytaxtdan kənarda Azərbaycanın gözəlliklərini kəşf etmək məqsədilə səfər ediblər:
"Onları Şamaxıya və gözəl Şəkiyə aparmışıq. Qonaqlarımız burada üzüm bağları, möhtəşəm dağ mənzərələri ilə tanış olmaq, həmçinin Azərbaycanın turizm potensialını daha yaxından kəşf etmək və ölkəmizin ab-havasını hiss etmək imkanı əldə ediblər. Onların təəssüratları olduqca müsbətdir. Asiya-Sakit okean regionundan gələn 50-dən çox qonağımızın öz təcrübələrini artıq sosial şəbəkələrdəki icmaları ilə bölüşdüyünü, media tərəfdaşlarının da bu məlumatları yaydığını görmək çox sevindiricidir".
Oxşar xəbərlər
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
-
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
-
Azərbaycan Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək
-
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
-
U-15 dünya çempionatı: Azərbaycan millisi Cəbəllütariq yığmasına qalib gəlib
-
Bratislavadan Bakıya ilk aviareys yola düşüb













