Vəzifəli şəxslərə yeni qadağalar gəlir: Hansı gəlirləri əldə edə bilməyəcəklər?
Vəzifəli şəxsin gəlirləri üzrə məhdudiyyətlər müəyyənləşir.
Far.Az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "Maraqlar toqquşması haqqında" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, vəzifəli şəxs vergidən azad və ya güzəştli vergi rejimli, habelə "Kraudfanding haqqında" qanunda göstərilən ərazilərdə və ya dövlətlərdə yerləşən, yaxud qeydiyyata alınmış emitentin qiymətli kağızlarından gəlir götürə bilməz.
Vəzifəli şəxs elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq, kommersiya, başqa ödənişli fəaliyyətlə məşğul ola bilməz. Vəzifəli şəxs sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyət göstərmədən və xidməti vəzifələrinin icrası ilə əlaqədar olmadan əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan, royaltidən və ya icarədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq gəlir götürə bilər. Vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar əldə etdiyi ictimaiyyətə açıqlanmayan (insayder) məlumatlardan istifadə edərək birbaşa və ya dolayı yolla qiymətli kağızları ala, sata və ya digər şəkildə ticarətini həyata keçirə, maddi və sair nemət, üstünlük və güzəştin əldə edilməsi ilə nəticələnəcək fəaliyyət göstərə bilməz. Hüquqi şəxslərin idarəetmə orqanlarında (o cümlədən icra orqanında, direktorlar (müşahidə) şurasında) və ya təftiş komissiyasında (audit komitəsində) dövləti və ya bələdiyyəni təmsil etdiyi hallar istisna olmaqla, vəzifəli şəxs sahibkarlıq subyektinin idarəetmə orqanlarının (o cümlədən icra orqanının, direktorlar (müşahidə) şurasının), təftiş komissiyasının (audit komitəsinin) tərkibinə daxil ola, onları təmsil edə bilməz.
Oxşar xəbərlər
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakı Uşaq və Gənclər Teatrı yeni layihəyə start verib.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
-
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
-
Azərbaycan Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək
-
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
-
U-15 dünya çempionatı: Azərbaycan millisi Cəbəllütariq yığmasına qalib gəlib
-
Bratislavadan Bakıya ilk aviareys yola düşüb













