Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
Far.Az xəbər saytı

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu


İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib.

Far.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib.

İşlə tanış olan hakimlər əvvəlki məhkəmələrdə işə düzgün baxılmadığı, əvvəlki hökmün və qərarın işin faktiki halları ilə uyğun gəlmədiyi və başqa qanun pozuntularına yol verildiyi qənaətinə gəliblər.

Yüksək instansiya qeyd olunan əsaslarla Gülşən Allahverdiyevanın şikayətini təmin edib, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Xatırladaq ki, iki il əvvəl Gülşən Allahverdiyevanın şikayəti əsasında Fuad Allahverdiyev həbs olunmuşdu. F.Allahverdiyev evli olduqları dövrdə həyat yoldaşına əzab verməkdə və seksual xarakterli hərəkətlər etməkdə ittiham edilirdi. Amma məhkəmə ona seksual xarakterli hərəkətlər ittihamı üzrə bəraət verib, əzab verməkdə isə təqsirli bilərək azadlığın məhdudlaşdırılması (elektron qolbaq taxılması) cəzasına məhkum edib.

Sonradan isə işin gedişi dəyişib. Bu dəfə Gülşən təqsirləndirilən, Fuad zərərçəkmiş tanınıb. Gülşən keçmiş ərinə aid şəxsi xarakterli foto və videomaterialları qanunsuz yolla əldə etməkdə, bu materiallardan tamah məqsədilə istifadə etməkdə və hədə-qorxu ilə külli miqdarda əmlak tələb etməkdə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 10 il 6 ay həbs cəzası verilib. Hökm apellyasiya instansiyasında da qüvvədə qalıb.

Oxşar xəbərlər

Evli iş adamı ilə eşq yaşayan və hazırda ektrasens olan MÜĞƏNNİNİN HEKAYƏSİ
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər