Toğrul Əliyev: "Rəqəmsal transformasiya kiçik sahibkarların maliyyə imkanlarını genişləndirir"
Rəqəmsal transformasiya kiçik sahibkarların maliyyə imkanlarını genişləndirir.
"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin təşkil etdiyi, Bakıda keçirilən 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında bildirib.
Onun sözlərinə görə, rəqəmsal kanallar xidmətlərin çatdırılma xərclərini azaldır, regionlarda əlçatanlığı artırır: "Alternativ məlumatlar isə kiçik sahibkarların ödəmə qabiliyyətini daha yaxşı qiymətləndirməyə imkan yaradır. Nəzərə almaq lazımdır ki, maliyyə xidmətlərinin göstərilməsi bütün müştərilərə eyni yanaşmanın tətbiqindən ibarət deyil. Əsas məqsəd sahibkarlıq subyektləri üçün onların ehtiyaclarına uyğun maliyyə imkanlarının yaradılmasıdır. Məsələn, distant həllər regionlarda yaşayan sahibkarlara, rəqəmsal bacarıqları aşağı olan şəxslərə və maliyyə xidmətlərinə ehtiyacı olan digər insanlara dəstək göstərməyə imkan verir. Belə ki, bankların filial şəbəkələri regionlarda təmsilçilik baxımından hər zaman kifayət qədər rəqabətqabiliyyətli olmur. Buna görə də mövcud rəqəmsal imkanlardan səmərəli istifadə etməliyik".
Bununla belə, AMB rəsmisi deyib ki, innovasiyalar yeni məhsullarla yanaşı, yeni risklər də yaradır: "İndiki reallıq şəraitində müştəri məmnuniyyətinin qorunması, xidmətlərin fasiləsiz fəaliyyətinin təmin edilməsi, eləcə də idarəetmənin səmərəliliyi vasitəsilə sahibkarlıq subyektlərində etimadın yaradılması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, kibertəhlükəsizlik, texnoloji dayanıqlılıq və risklərin idarə edilməsi kimi istiqamətlərə banklar, mərkəzi qurumlar və mikromaliyyə təşkilatlarının yatırdığı vəsaitlər xərc kimi qiymətləndirilməməlidir. Bunlar dayanıqlılığa və inkişafa yönələn investisiyalardır. Bunun nəticəsində müştərilərin və investorların etimadı möhkəmlənir, rəqəmsal xidmətlərin təhlükəsizliyi təmin olunur və maliyyə sektorunun müasir texnoloji həllərlə ayaqlaşmaq imkanları genişlənir. İnanırıq ki, etibarlı rəqəmsal imkanlardan ölkə iqtisadiyyatının, real sektorun və maliyyə sektorunun inkişafı naminə daha səmərəli istifadə etmək mümkün olacaq".
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
-
İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə evə buraxıldı?
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb













