Rumıniyada SOCAR brendi altında 100-cü YDM istifadəyə verilib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyada 100-cü yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verib.
Far.Az xəbər verir ki, SOCAR-ın bu ölkədəki törəmə "SOCAR Petroleum SA" şirkətinə istinadən xəbər verir ki, yeni YDM Rumıniyanın şərqində, Dunay çayının sahilində yerləşən və bölgənin mühüm iqtisadi - mədəni mərkəzi olan Qalati şəhərində açılıb.
Rəsmi açılış mərasimində çıxış edən SOCAR-ın vitse-prezidenti Anar Məmmədov bildirib ki, 15 il əvvəl Rumıniyada ilk SOCAR brendli YDM istifadəyə verilərkən güclü brend yaratmaq, yüksək keyfiyyətli məhsul və xidmətlər təklif etmək, müştərilərin etimadını qazanmaq kimi məqsədlər qarşıya qoyulub.
"Rumıniya strategiyamızda xüsusi yer tutur.
Belə ki, bu ölkə SOCAR brendi altında investisiya yatırdığımız ilk Avropa İttifaqı ölkələrindəndir. Bu bazarda mövcudluğumuz və inkişafımız Rumıniya iqtisadiyyatına, onun biznes mühitinə və insanlarına olan inamımızı əks etdirir. Artıq 100 yanacaqdoldurma məntəqəsinə çatmışıq", – deyə A. Məmmədov bildirib.
Rumıniyada 100-cü yanacaqdoldurma məntəqəsinin açılmasının SOCAR üçün mühüm hadisə olduğunu söyləyən "SOCAR Petroleum SA"-nın baş direktoru Ramin Əliyev deyib: "Növbəti illərdə, Rumıniya bazarındakı mövqeyimizi möhkəmləndirməyi, bazar payımızı artırmağı hədəfləyirik. Eyni zamanda, Rumıniyada yanacaq anbarları da daxil olmaqla, logistika infrastrukturuna yatırılan investisiyalar yanacaqdoldurma məntəqələrimizin fasiləsiz təchizatını və yanacağın davamlı çatdırılmasını təmin etməyə imkan verir. SOCAR müştəriləri üçün üstünlüklərdən biri yanacağı birbaşa istehsalçıdan əldə etmək imkanının olmasıdır. Bu da bizə keyfiyyət və yüksək performansı özündə birləşdirən məhsullar təklif etməyə imkan verir. Məqsədimiz rumıniyalı müştərilərin hər gün etibar edə biləcəkləri bir şəbəkə yaratmaqdır".
Hər bir "SOCAR" brendli yanacaqdoldurma məntəqəsində olduğu kimi, bu məntəqədə də müştərilərə benzin ("Nano 95", "Nano 98") və dizel yanacaqları ("Nano Dizel", "Nano Super Dizel"), həmçinin məntəqə ərazisindəki "Nar" kafedə yerli və Azərbaycandan gətirilən məhsulların satışı həyata keçirilir.
"Made in Azerbaijan" brendinin təbliği istiqamətində görülən işlər çərçivəsində məntəqələrdə Azərbaycan guşəsi yaradılıb. SOCAR-ın ölkə üzrə bütün məntəqələrində quraşdırılan monitorlarda mütəmadi olaraq Azərbaycanın təbliği istiqamətində videoçarxlar nümayiş olunur.
Xatırladaq ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış "SOCAR Petroleum SA" şirkəti vasitəsilə həyata keçirir. Şirkət 2025-ci ildə 3,9 milyard lei (təqribən 750 milyon avro) dövriyyəyə malik olub ki, bu da əvvəlki illə müqayisədə 9,7 % çoxdur. Hazırda şirkətin ölkə üzrə 3 yanacaqsaxlama deposu mövcuddur. İndiyədək SOCAR Rumıniya iqtisadiyyatına 400 milyon lei (təqribən 78,4 milyon avro) həcmində investisiya yatırıb.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Trampla Ərdoğan arasında telefon danışığı olub
-
Maçado: ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsini təklif edib
-
Vensan Kompani bu tarixə qədər "Bavariya"nı çalışdıra bilməyəcək
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Ceyranbatanda məktəbin 10 şagirdi zəhərlənib: Popkorndan şübhələnilir












