Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verib
Far.Az xəbər saytı

Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verib


Yaponiya Futbol Assosiasiyasının (YFA) vitse-prezidenti, ölkə millisinin sabiq baş məşqçisi Takeşi Okada istefa verib.

"Far.Az" xəbər verir ki, bu barədə YFA-nın mətbuat xidməti məlumat yayıb.

YFA həmçinin Okadanın şəxsi bəyanatını da ictimaiyyətə təqdim edib. O, bəyanatında öz prinsiplərindən bəhs edərək, "İdman nəcib olmalıdır" ifadəsini işlədib.

Qeyd edək ki, Takeşi Okada Yaponiya millisinə 1998 və 2010-cu illərdə keçirilən dünya çempionatlarında baş məşqçilik edib. 2010-cu ildə Cənubi Afrikada təşkil olunan mundialda Yaponiya yığması 1/8 finala yüksəlib, lakin penaltilər seriyasında Paraqvaya məğlub olaraq turnirlə vidalaşıb.

Oxşar xəbərlər

DÇ-2026: Misir Avstraliyanı penaltilər seriyasında məğlub edərək 1/8 finala yüksəlib - YENİLƏNİB-8
Azərbaycanın çövkən yığması III MDB Oyunlarında finala yüksəlib
UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5
"Zirə" "Payde" kollektivi ilə bərabərə qalaraq UEFA Konfrans Liqası ilə vidalaşıb - YENİLƏNİB-5
"FIFA Series – 2026": Azərbaycan millisinin Sent Lüsiya yığması ilə oyundan əvvəl açıq məşqi təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər