ABŞ Körfəz ölkələrini İrana qarşı mümkün hərbi əməliyyat barədə xəbərdar edib
Far.Az xəbər saytı

ABŞ Körfəz ölkələrini İrana qarşı mümkün hərbi əməliyyat barədə xəbərdar edib


ABŞ noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərdən sonra İrana qarşı qısamüddətli, lakin intensiv hərbi kampaniya keçirə biləcəyi barədə bir sıra Fars körfəzi ölkələrini xəbərdar edib.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Pentaqon hücuma məruz qala biləcək Yaxın Şərqdəki bazalardan amerikalı hərbçiləri təxliyə edib. Eyni zamanda, ABŞ Silahlı Qüvvələri regionda döyüş sursatı ehtiyatlarını artırır, bombardmançı təyyarələr və qırıcılar isə mümkün zərbələrə hazır vəziyyətə gətirilir.

Qəzetin mənbələri bildiriblər ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların bərpası ilə bağlı hələ yekun qərar verməyib. Bununla belə, onun seçkilərdən sonra genişmiqyaslı hücumun keçirilməsinə meyilli olduğu iddia edilir.

Məlumata görə, mümkün zərbələrin hədəfləri arasında İranın infrastruktur obyektləri və nüvə obyektləri də ola bilər.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər