Planet FM Qafqazın radio məkanında ilkə imza atıb
Far.Az xəbər saytı

Planet FM Qafqazın radio məkanında ilkə imza atıb


Planet FM (88.7) Yale Ətraf Mühit Kommunikasiyası Mərkəzinin (Yale Center for Environmental Communication – YCEC) gündəlik iqlim xəbərləri proqramı olan "Yale Climate Connections"ı yayımlamağa başlayacaq.

"Report" xəbər verir ki, YCEC Yale Universitetinin Ətraf Mühit Məktəbinin nəzdində fəaliyyət göstərən mərkəzdir.

1701-ci ildə əsası qoyulmuş bu universitet ABŞ-nin ən nüfuzlu ali təhsil müəssisələrindən biridir.

"Planet FM Qafqazda Yale Ətraf Mühit Kommunikasiyası Mərkəzinin ilk radio tərəfdaşı olub. Bu əməkdaşlıq çərçivəsində YCEC tərəfindən hazırlanan, iqlim dəyişikliyi və ətraf mühit məsələləri ilə bağlı ictimai məlumatlılığın artırılmasına yönəlmiş "Climate Connections" proqramını həm "İqlim gündəliyi" verilişimizdə, həm də həftənin digər günlərində radiostansiyamızın efirində yayımlayırıq. Məqsədimiz auditoriyamızı iqlim və ətraf mühit məsələləri ilə bağlı etibarlı məlumatlarla təmin etmək, bu mövzularda məlumatlılığı artırmaq və iqlimlə bağlı məsələlərin ictimai gündəmdə daha geniş yer tutmasına töhfə verməkdir", - radiostansiyanın məlumatında vurğulanıb.

Qeyd edək ki, Planet FM (88.7) iqlim dəyişikliyi haqqında dəqiq, etibarlı və aktual məlumatları daha geniş auditoriya üçün əlçatan etmək məqsədilə Azərbaycanın ilk elmi və maarifləndirici radiostansiyadır.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib
Planet FM (88.7) Qafqazın radio məkanında ilkə imza atdı!
Trendyolmilla ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər