Azərbaycanın ölkələrarası hesabatlılıq üzrə beynəlxalq standartlara uyğun olması təsdiqlənib
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması (BEPS) layihəsinin 13-cü Fəaliyyəti çərçivəsində ölkələrarası hesabatlılıq (CbCR) üzrə növbəti beynəlxalq qiymətləndirmənin nəticələrini açıqlayıb.
"Far.Az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, 142 yurisdiksiyanı əhatə edən doqquzuncu illik qiymətləndirmənin nəticələrinə əsasən, Azərbaycanın ölkələrarası hesabatlılıq üzrə beynəlxalq minimum standarta tam uyğunluğu növbəti dəfə təsdiqlənib. Qiymətləndirmənin nəticələrinə görə, ölkəyə hər hansı təkmilləşdirmə tövsiyəsi verilməyib.
Qiymətləndirmə zamanı Azərbaycanın bu sahədəki daxili hüquqi və inzibati çərçivəsi, beynəlxalq məlumat mübadiləsi mexanizmləri, eləcə də əldə olunan hesabatlardan məqsədəuyğun istifadə təcrübəsi nəzərdən keçirilib. Hər üç istiqamət üzrə ölkənin beynəlxalq tələblərə uyğunluğu müəyyən edilib.
Ölkələrarası hesabatlılıq transmilli şirkətlər qruplarının müxtəlif ölkələrdəki fəaliyyəti, gəlirləri, mənfəəti, ödədikləri vergilər və digər iqtisadi göstəriciləri barədə məlumatların vergi administrasiyaları arasında mübadiləsini nəzərdə tutur. Bu mexanizm beynəlxalq vergi şəffaflığının artırılmasına, transfer qiymətləri və mənfəətin köçürülməsi ilə bağlı potensial risklərin müəyyənləşdirilməsinə xidmət edir.
Azərbaycan BEPS layihəsinin 13-cü Fəaliyyəti üzrə minimum standartın tətbiqini təmin etməklə ölkələrarası hesabatlılıq çərçivəsində beynəlxalq məlumat mübadiləsində iştirak edir. Dövlət Vergi Xidməti bu sahədə hüquqi və inzibati mexanizmlərin tətbiqi, eləcə də beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində işləri davam etdirir.
Qiymətləndirmənin nəticələri Azərbaycanın beynəlxalq vergi standartlarının tətbiqi və vergi şəffaflığının artırılması sahəsində həyata keçirdiyi tədbirlərin müvafiq beynəlxalq tələblərə uyğunluğunu təsdiqləyir.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb













